Hadisələr Rusiyada sosialist-inqilabçılar (eserlər) partiyasının yaradılması. Fransada parlament seçkilərində Radikallar Partiyasının qələbəsi. Komb hökumətinin təşkili. Şamaxı şəhərində güclü zəlzələ baş verməsi. Bakıda ilk açıq siyasi nümayiş keçirilməsi. M.Ə.Rəsulzadənin rəhbərliyi altında “Müsəlman Gənclik Təşkilatı“nın yaradılması. Gəncədə ilk qadın məktəbinin açılması. Bakıda Ağ şəhər elektrik stansiyasının istifadəyə verilməsi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının təsis edilməsi. Gəncədə Azərbaycan ipəkçilərinin qurultayının keçirilməsi. Ləkidə ilk və yeganə çiyid yağı istehsal edən zavodun işə düşməsi. Ə.Topçubaşov “Kaspi” qəzeti redaksiyasının nəzdində rus-Azərbaycan kitabxanasının təşkil edilməsi. İlk peşəkar tədris müəssisəsi olan Bakı dənizçilik sinfi uzaq səfərlər üçün mütəxəssis hazırlayan orta dənizçilik məktəbinə çevrilməsi.
Doğumlar 15 yanvar – Nazim Hikmət – Türk şairi, yazıçı, rəssam, ssenarist və dramaturq, ictimai xadim. 27 fevral – Con Steynbek – Amerika yazıçısı, 1962-ci il Ədəbiyyat üzrə Nobel mükafatı laureatı (ö. 1968). 10 may – Devid Selznik – ABŞ prodüseri. 26 mart — Azərbaycan ifaçılıq sənətinin görkəmli nümayəndəsi, əməkdar artist Yavər Kələntərli anadan olmuşdur. 12 dekabr – Rafael Alberti – XX əsrin ispan şairi və dramaturqu. Ağaməmməd Dadaşov Böyük bəy Mahmudbəyov
Ölümlər Emil Zolya - Fransız yazıçısı. 31 avqust – Səfərəli bəy Vəlibəyov – görkəmli maarif xadimi. Azərbaycan xanəndəsi və tarzanı Mirzə Sadıqcan Balakişi bəy Əli bəy oğlu Ərəblinski, Rusiya ordusunun generalı. Antonio Frilli