Ander Herrera () İngiltərənin Mançester Yunayted klubunda və İspaniya milli yığmasında çıxış edən ispan yarımmüdafiəçidir.
O, peşəkar futbolçu karyerasına İspaniyanın Real Zaraqoza klubunda başlamış, 2011-ci ildə Atletik Bilbao klubuna və sonradan 2014-cü ildə isə 36 milyon avro qarşılığında Mançester Yunayted klubuna transfer olmuşdur. Ander Herrera 2016-17 sezonunda möhtəşəm çıxışına görə Mançester Yunayted klubunda ilin futbolçusu mükafatına layiq görülmüşdür.
O, İspaniya milli yığmasının aşağı yaş qruplarında bir sıra müsabiqələrdə qalib olmuş və Londonda keçirilən 2012-ci il Yay Olimpiya Oyunlarında ölkəsini təmsil etmişdir. Milli yığmada isə ilk oyununa 2016-cı ilin noyabr ayında Uembli Stadionunda İngiltərə millisinə qarşı çıxmışdır.
Şəxsi həyatı Ander Herreranın atası Pedro Maria da futbolda yarımmüdafiəçi mövqeyində çıxış etmişdir. O, Real Zaraqoza və Selta Viqo klublarında çıxış etmiş, futbolçu karyerasını bitirdikdən sonra isə hər iki klubda da baş menecer vəzifəsində xidmət etmişdir.
Uğurları
Klub Mançester Yunayted FA Kuboku: 2015-16 İngiltərə Liqa Kuboku: 2016-17 İngiltərə Super kuboku: 2016 UEFA Avropa Liqası: 2016-17
Beynəlxalq İspaniya U-20 Aralıq dənizi Oyunları: 2009 İspaniya U-21 UEFA Avropa U-21 çempionatı: 2011
Fərdi UEFA Avropa U-21 çempionatı turnirin heyəti: 2011 Ser Mett Basbi ilin oyunçusu: 2016-17 UEFA Avropa Liqası (final matçının ən yaxşısı): 2017 UEFA Avropa Liqası (sezonun heyəti): 2016-17
Həmçinin bax Mançester Yunayted Atletik Bilbao İspaniya milli yığması
İstinadlar
Xarici keçidlər
BDFutbol profile
Kateqoriya:Mançester Yunayted FK futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:Pari Sen-Jermen FK futbolçuları Kateqoriya:Fransa Liqa 1 futbolçuları Kateqoriya:UEFA Avropa Liqası qalib futbolçuları Kateqoriya:Atletik Bilbao FK futbolçuları Kateqoriya:İngiltərə Premyer Liqası futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:İngiltərə Federasiya Kuboku finalı futbolçuları Kateqoriya:Tersera divizionunun futbolçuları Kateqoriya:Boka Xuniors FK futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:Futbol üzrə Aralıq dənizi Oyunları medalçıları Kateqoriya:İngiltərədə legioner İspaniya idmançıları Kateqoriya:2012 Yay Olimpiya Oyunlarında futbolçular Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:2009 Aralıq dənizi Oyunları yarışçıları Kateqoriya:Sevilya FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Futbol üzrə olimpiya çempionları