Qurqen Qabrielyan (; ) — erməni şair və yazıçı. Qarabağdakı erməni separatizminin öncüllərindən. 1986-cı ildə Azərbaycan SSR-nın əməkdar mədəniyyət işçisi adına layiq görülmüşdür.
Qurqen Qabrielyan 1927-ci ildə Xocalı rayonunun Xanyeri kəndində anadan olmuş, 2005-ci ildə Xankəndi şəhərində vəfat etmişdir. Əsərlərindən bəziləri Azərbaycan dilinə tərcümə edilmişdir.
1949-cu ildə ikiillik Xankəndi Pedoqoji İnstitunda təhsilini başa vurmuş, 1954-cü ildə Azərbaycan Pedoqoji İnstitutunun Filologiya şöbəsində qiyabi oxumuşdur.
1940–1950-ci illərdə Xocalının Badara kənd məktəbində erməni dili və ədəbiyyatı müəllimi işləmişdir.
1950–1960-cı illərdə Xocalının Yemişcan kəndində müəllim fəaliyyətinə davam etmişdir.
1960–1963-cü illərdə, Xankəndi Xalq Yaradıcılıq Evinin direktoru, 1963–1966-cı illərdə Dağlıq Qarabağ Muxtar Vilayətinin Mədəniyyət Şöbəsinin direktoru, 1971–1974-cü illərdə Radio redaktoru, 1974–1976-cı illdər Xankəndidə Maksim Qorki adına Erməni dram Teatrının direktoru, 1978–1988-ci illərdə isə "Sovet Qarabağı" () qəzetinin mədəniyyət şöbəsinin müdiri vəsifələrində işləmişdir.
1996-cı ildən Xankəndidə yerləşən Hovannes Tumanyan adına kitabxananın müdiri olmuşdur.
Əsərləri Լեռնային վտակ (Dağ çayı), Bakı, Azərnəşr, 1961 Ես հո փոքրիկ չեմ (Mən ki uşaq deyiləm), Bakı, Azərnəşr, 1967 Լեռնային կածան (Dağ Yolu, Горная тропа), Moskva, 1973 Ընտիր երկեր (Seçilmiş Əsərləri), Bakı, Gənclik, 1978 Ակունքներ (Qaynaqlar), Bakı, Yazıçı, 1981
Azərbaycan dilinə tərcümə edilmiş əsərləri "Mən ki uşaq deyiləm", "Gənclik", 1974, Bakı, tərcüməçi: İlyas Tapdıq
İstinadlar