thumb|upright|180px|Bekkenbauer 1974 FİFA Dünya Kubokunda Bu Qərbi Almaniya millisinin şərəfini qorumuş, dünyanın ən yaxşı futbolçularından biri hesab olunan Frans Bekkenbauerin milli komandada vurduğu qolların siyahısı. O, 1965–1977-ci illər aralığında 103 matçda millinin formasını geyinmiş və 14 qola imza atmışdır. İlk matçını 1965-ci ilin 26 sentyabr tarixində keçirmişdir. O, 1966 FİFA Dünya Kubokunda gümüş medal, 1970 FİFA Dünya Kubokunda bürünc və nəhayət 1974 FİFA Dünya Kubokunda qızıl medal qazanmışdır. Həmçinin hər 3 Dünya Kuboku turnirinin rəmzi yığmasına daxil edilmişdir. Bundan başqa o, UEFA Avro 1972 turnirini qalib kimi, UEFA Avro 1976 turnirini isə gümüş mükafatçı kimi bitirməyə müvəffəq olmuşdur.
Beynəlxalq qollar Hesablar və nəticələr tablosu. Almaniyanın vurduğu qol birinci göstərilib: # Tarix Məkan Rəqib Hesab Nəticə Yarış 1. 23 mart 1966 Rotterdam, Niderland 3–1 4–2 Yoldaşlıq oyunu 2. 23 mart 1966 Rotterdam, Niderland 4–2 4–2 Yoldaşlıq oyunu 3. 4 may 1966 Dublin, İrlandiya 2–0 4–0 Yoldaşlıq oyunu 4. 12 iyul 1966 Şeffild, İngiltərə 3–0 5–0 1966 FİFA Dünya Kuboku 5. 12 iyul 1966 Şeffild, İngiltərə 4–0 5–0 1966 FİFA Dünya Kuboku 6. 23 iyul 1966 Şeffild, İngiltərə 2–0 4–0 1966 FİFA Dünya Kuboku 7. 25 iyul 1966 Liverpul, İngiltərə 2–0 2–1 1966 FİFA Dünya Kuboku 8. 1 iyun 1968 Hannover, Almaniya 1–0 1–0 Yoldaşlıq oyunu 9. 14 iyun 1970 Leon, Meksika 1–2 3–2 (əlavə vaxt) 1970 FİFA Dünya Kuboku 10. 22 noyabr 1970 Afina, Yunanıstan 3–1 3–1 Yoldaşlıq oyunu 11. 22 iyun 1971 Oslo, Norveç 3–0 7–1 Yoldaşlıq oyunu 12. 30 iyun 1971 Kopenhagen, Danimarka 3–1 3–1 Yoldaşlıq oyunu 13. 12 may 1973 Hamburq, Almaniya 1–0 3–0 Yoldaşlıq oyunu 14. 6 oktyabr 1976 Kardiff, Uels 1–0 2–0 Yoldaşlıq oyunu
Kateqoriya:Almaniya futbolçuları Kateqoriya:Almaniya milli futbol komandası