Nazir Qibləli oğlu Kərimov () — Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi.
Həyatı
21 dekabr 1928-ci ildə Zəngilan rayonunun Yusiflər kəndində anadan olmuşdur.
1952-1956-cı illərdə Zəngilan Rayon Komsomol Komitəsinin birinci katibi, Zəngilan Rayon Partiya Komitəsində təlimatcı ,təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir.
1956-1960-cı illərdə Bakı Ali Partiya Məktəbinin müdavımı olmuşdur.
1960-1979-cu illərdə Zəngilan Rayon Partiya Komitəsinin ikinci katibi, Rayon Zəhmətkeş Deputatları Soveti Icraiyyə Komitəsinin sədri və 11 ildən çox Zəngilan Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmışdır.
O, səkkizinci və doqquzuncu çağırış Azərbaycan Respublikası Ali Sovetinin deputatı seçilmişdir.
Etimadların davamı olaraq N.Kərimov 1971-ci ildə "Oktyabr İnqilabı", 1973-cü ildə "Qırmızı əmək Bayrağı", 1976- cı ildə ikinci "Qırmızı əmək Bayrağı" ordenləri ilə təltif edilmişdir.
7 iyun 2011-ci ildə Bakı şəhərində vəfat etmışdir.
İstinadlar
Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin ikinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Zəngilan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Zəngilan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri