Adına yaraşan ömür... filmi rejissor Röyal Əliyev tərəfindən 2013-cü ildə çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir.

Məzmun Film azərbaycanlı aktrisa, əməkdar artist, SSRİ dövlət mükafatı laureatı Münəvvər Kələntərlinin həyat və yaradıcılığından bəhs edir.

Münəvvər Kələntərli 1933-cü ildən səhnə fəaliyyətinə başlayıb. Əvvəllər Opera Teatrında, sonralar isə Musiqili Komediya Teatrında fəaliyyət göstərib. 10-a yaxın filmə çəkilib. Münəvvər Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib.

Film mərhum aktrisanın ölümünün 50 illiyinə həsr edilmişdir.

Filmin üzərində işləyənlər Ssenarist: Şəhla Bürcəliyeva Rejissor: Röyal Əliyev Operator: Zaur Hüseynov Prodüser: Əliağa Əliyev

İstinadlar

Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri Kateqoriya:Azərbaycanca filmlər