Məzmun Film aktyor həyatından bəhs edir. Maraqlısı odur ki, filmdə baş verən hadisələr bir teatrın həyatdakı səhnəsini canlandırır. Yəni filmin qəhrəmanı olan Rasim teatr rejissorudur. Ancaq teatr bağlandığından rejissor və aktyor heyəti işsiz qalıb. Bunlar imkansızlıq üzündən fırıldaqçılıqla məşğul olmağa başlayırlar. Əllərindən də yalnız rol oynamaq gəldiyindən çörəkpulu qazanmaq üçün həmin bu fırıldaq aktyorlar obrazlarını elə həyatdaca yaratmağa məcbur olurlar. Yəni, həyatda olan hadisələri görüb həyatın səhnəsində hər biri öz rolunu oynayır. Film nikbin sonluqla bitir.
Film haqqında Filmin çəkilişləri 3 aya yaxın davam edib.
Filmin heyəti
Film üzərində işləyənlər Ssenari müəllifi: Elmar Kərimov Quruluşçu rejissor: Emin Mirabdullayev Quruluşçu operator: Kənan Məmmədov Bəstəkarlar: Rəşad Haşımov, Ənvər Sadıqov Səs rejissoru: Teymur Kərimov İkinci rejissor: Kamran Məmmədov Prodüser: Müşfiq Hətəmov
Rollarda Ramiz Əzizbəyli — Rasim Nuriyyə Əhmədova Vüsal Murtuzəliyev — Azad Azər Axşam — Hamlet Arif Quliyev Arif Qasımov Rafael İsgəndərov Murad Dadaşov — türk vətəndaşı Ramiz Sərkərov Tamara Babayeva-Nigar Rəfael Dadaşov — Tariyel Samir Ələsgərov Fərid Rzayev Camal Həşimov Bəhram Bağırzadə Cavid İmamverdiyev Kənan Məmmədov Emin Mirabdullayev
Həmçinin bax
2008-ci ilin Azərbaycan filmləri
İstinadlar
Xarici keçid
Tahirə. Eminin “Halal pullar”ı: Rejissor Murad Dadaşovun istedadına təəccüblənib. Şərq.- 2007.- 23 yanvar.- S. 14. Halal pullar (2008)
Kateqoriya:2008-ci ilin filmləri Kateqoriya:Komediya filmləri