right|120px thumb Qarabağ FK Avropa yarışlarında — Azərbaycan Premyer Liqasında çıxış edən və 1993-cü ildən 2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunan Ağdam şəhərini təmsil edən Azərbaycanın futbol klubu.

"Qarabağ"ın Avropa yarışlarındakı ev oyunları əsasən Tofiq Bəhramov Stadionunda və qismən Bakı Olimpiya Stadionunda baş tutur. 2012-ci ildə yenidən qurulan Tofiq Bəhramov Stadionunun tutumu 31.200 nəfərdir. "Qarabağ"ın heyətində UEFA yarışlarında ən çox meydana çıxan futbolçu Maksim Medvedev (126), ən çox qol vuran futbolçu isə Zubirdir (18).

Qısa tarixi

1996–2007-ci illər "Qarabağ" UEFA səviyyəsində birinci yarışına, 1996/1997-ci illər mövsümündə UEFA Kuboklar Kuboku turniri çərçivəsində qatıldı. Avqustun 8-də Tofiq Bəhramov Stadionunda Finlandiyanın "MyuPa" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", 83-cü dəqiqədə buraxdığı qolla rəqibinə 0:1 hesabı ilə məğlub oldu. Avqustun 22-də baş tutan cavab görüşündə, "Qarabağ" 1:0 hesabı ilə qalib gəldi. Komandanın yeganə qolunu, 27-ci dəqiqədə Bəxtiyar Musayev vurdu. Əlavə vaxtda isə "Qarabağ", 119-cu dəqiqədə buraxdığı qolla, ümumi nəticədə "MyuPa" futbolçulara 1:2 hesabı ilə məğlub oldu və yarışlarda mübarizəni dayandırdı.

1997/1998-ci illər mövsümündə "Qarabağ", UEFA Kuboku turnirində mübarizə apardı. İyulun 23-də Çexiyanın "Yablonets" futbolçularına qarşı baş tutan birinci görüşdə "Qarabağ", rəqibinə 0:5 hesabı ilə məğlub oldu. Bir həftə sonra, Tofiq Bəhramov Stadionunun ev sahibliyində baş tutan cavab görüşündə isə "Qarabağ", 0:3 hesabı ilə "Yablonets" futbolçularına məğlub oldu və ümumi nəticədə 8:0 hesablı qələbə qazanan Çexiya təmsilçisi növbəti mərhələyə vəsiqə qazandı.

Növbəti, 1998/1999-cu illər mövsümündə "Qarabağ", UEFA Kuboklar Kuboku turnirində çıxış etdi. Turnirin I mərhələsində Danimarkanın "Kopenhagen" futbolçuları ilə üz-üzə gələn və 0:4, 0:6 hesabları ilə rəqibinə məğlub olan Ağdam təmsilçisi, yenə də mübarizəni dayandırdı.

1999/2000-ci illər mövsümü isə "Qarabağ" üçün əhəmiyyətli oldu. Komanda, tarixində birinci dəfə olaraq mərhələ adlamağı bacardı. UEFA İntertoto Kuboku turnirində debüt edən "Qarabağ", I mərhələdə İsrailin "Makkabi" Hayfa futbolçuları ilə qarşılaşdı. İsraildə baş tutan birinci görüşdə, Müşfiq Hüseynovun 27 və 90-cı dəqiqədə vurduğu qollar sayəsində "Qarabağ" 2:1 hesablı qələbə qazandı. Cavab görüşündə "Qarabağ", rəqibinə 0:1 hesabı ilə məğlub olsa da, səfərdə vurulan qolların hesabına məhz "Qarabağ", növbəti mərhələyə vəsiqə qazandı. II mərhələdə isə Ağdam təmsilçisi, Fransanın "Monpelye" futbolçuları ilə üz-üzə gəldi və 0:3, 0:6 hesabları ilə rəqibinə məğlub olaraq turnirdə mübarizəni dayandırdı.

"Qarabağ" növbəti dəfə UEFA səviyyəsində yarışa, 2004-cü ildə qatıldı. Həmin mövsümdə "Qarabağ", UEFA Kuboku turnirinin I təsnifat mərhələsi çərçivəsində Slovakiyanın "Dukla" futbolçuları ilə qarşılaşdı. Birinci görüşdə 0:1, cavab görüşündə isə 0:3 hesabı ilə rəqibinə məğlub olan "Qarabağ", yarışda mübarizəni dayandırdı.

2006/2007-ci illər mövsümündə də "Qarabağ", Avropada uğurla çıxış edə bilmədi. Komanda, UEFA Kuboku turnirinin I təsnifat mərhələsi çərçivəsində Moldovanın "Zimbru" Kişinyov futbolçuları ilə üz-üzə gəldi. Həm birinci görüş, həm də cavab görüşü 1:1 hesabı ilə başa çatdı. Əlavə vaxtın 100-cü dəqiqəsində isə, Moldova təmsilçi qol vurdu və nəticədə, növbəti mərhələyə "Zimbru" Kişinyov futbolçuları adladı.

2008–2017-ci illər 2008-ci ildə "Qarabağ"-ın baş məşqçisi postuna Qurban Qurbanovun gətirilməsi ilə, "Qarabağ" Avropa yarışlarında ciddi uğurlara imza atmağa başladı.

2009-cu il 16 iyulda "Qarabağ", Norveçdə yerli "Rusenborq" futbolçuları ilə üz-üzə gəldi. UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan görüş, 0:0 hesabı ilə başa çatdı. 23 iyulda baş tutan cavab görüşünün 45+1 dəqiqəsində isə, "Qarabağ"-ın yeni transferi Rəşad Sadıqov, cərimə zərbəsindən uzun müddət yaddaşlarda qalacaq baxımlı qol vurdu. Görüş, "Qarabağ"-ın 1:0 hesablı qələbəsi ilə başa çatdı. III tətəsnifat mərhələsi "Qarabağ", Finlandiyanın "Honka" futbolçuları ilə qarşılaşdı. "Qarabağ", Finlandiyada baş tutan birinci görüşdə 1:0, cavab görüşündə isə 2:1 hesablı qələbə qazandı və tarixində birinci dəfə olaraq UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Həmin mərhələdə isə "Qarabağ", Niderlandın "Tvente" futbolçuları ilə qarşılaşdı. Birinci görüşün 8-ci dəqiqəsində "Qarabağ"-ın heyətidə Vüqar Nadirov hesabı açsa da, sonda "Tvente" futbolçuları 3:1 hesablı qələbə qazandı. Cavab görüşün isə 0:0 hesabı ilə başa çatdı və ümumi nəticədə növbəti mərhələyə, "Tvente" futbolçuları adladı.

Növbəti, 2009/2010-cu illər mövsümündə "Qarabağ", yenə UEFA Avropa Liqasında çıxış etdi. I təsnifat mərhələsində "Qarabağ", Makedoniyanın "Metallurq" futbolçuları ilə üz-üzə gəldi. Birinci görüşdə 4:1 hesabı ilə "Qarabağ" qalib gəldi, cavab görüşündə isə 1:1 hesabı qeydə alındı. Növbəti, II təsnifat mərhələsində "Qarabağ", Şimali İrlandiyanın "Portadaun" futbolçuları ilə qarşılaşdı. Eyniadlı şəhərdə baş tutan birinci görüşdə, Əfran İsmayılovun 67 və 87-ci dəqiqələrdə vurduğu qollar sayəsində, "Qarabağ" 2:1 hesablı qələbə qazandı. 1:1 hesabı ilə başa çatan cavab görüşündə də, Əfran İsmayılov fərqləndi və ümumi nəticədə "Qarabağ", 3:2 hesablı qələbə qazandı və III təsnifat mərhələsinə adladı. Həmin mərhələdə "Qarabağ", Polşanın məşhur "Visla" Krakov futbolçuları ilə üz-üzə gəldi. Krakov şəhərində baş tutan görüşdə, Vüqar Nadirovun qolu sayəsində "Qarabağ", minimal hesablı qələbə qazandı. Cavab görüşündə də, "Qarabağ" inamlı təsir bağışladı və 3:2 hesablı qələbə qazanaraq, ardıcıl ikinci dəfə UEFA Avropa Liqasının pley-off mərhələsinə vəsiqə qazandı. Qrup mərhələsinə gedən yolda isə "Qarabağ", Almaniyanın məşhur "Borussiya" Dortmund futbolçularına məğlub oldu. "Qarabağ", Dortmund şəhərində baş tutan birinci görüşdə 0:4, cavab görüşündə isə 0:1 hesabı ilə məğlub oldu və ardıcıl ikinci dəfə, qrup mərhələsinin astanasında mübarizəni dayandırdı.

2018–2024-cü illər 2024–2025 mövsümü UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda "Ludoqorets"in "Qarabağ"a 2:7 hesablı məğlubiyyəti Bolqarıstan klubları üçün avrokubokların ev matçlarında antirekorddur. Bolqarıstanın heç bir təmsilçisi indiyədək doğma meydanda 1 oyunda öz qapısından bu qədər top buraxmayıb.

Nəticələri

Oyunlar I t. m. = I təsnifat mərhələsi, II t. m. = II təsnifat mərhələsi, III t. m. = III təsnifat mərhələsi, Qrup m. = Qrup mərhələsi I m. = I mərhələ, II m. = II mərhələ, III m. = III mərhələ s.q. = Səfərdə vurulan qol hesabına, ə. v. = Əlavə vaxt hesabına 27 avqust 2026-ci ilə olan məlumat: + Mövsüm Turnir Mərhələ Rəqib Ev Səfər Nəticə1996–97UEFA Kuboklar KubokuI təsnifat mərhələsi MyuPa 470:11:11:217x17px1997–98UEFA KubokuI təsnifat mərhələsi Yablonets0:30:50:817x17px1998–99UEFA Kuboklar KubokuI təsnifat mərhələsi Kopenhagen0:40:60:1017x17px1999UEFA İntertoto KubokuI mərhələ Makkabi Hayfa0:12:12:217x17pxII mərhələ Monpelye0:30:60:917x17px2004–05UEFA KubokuI təsnifat mərhələsi Dukla0:10:30:417x17px2006–07UEFA KubokuI təsnifat mərhələsi Zimbru1:21:12:317x17px2009–10UEFA Avropa LiqasıII təsnifat mərhələsi Rusenborq1:00:01:017x17pxIII təsnifat mərhələsi Honka2:11:03:117x17pxPley-off Tvente0:01:31:317x17px2010–11UEFA Avropa LiqasıI təsnifat mərhələsi Metallurq4:11:15:217x17pxII təsnifat mərhələsi Portadaun1:12:13:217x17pxIII təsnifat mərhələsi Visla Krakov3:21:04:217x17pxPley-off Borussiya Dortmund0:10:40:517x17px2011–12UEFA Avropa LiqasıI təsnifat mərhələsi Banqa3:04:07:017x17pxII təsnifat mərhələsi EB Streymur0:01:11:117x17pxIII təsnifat mərhələsi Brügge1:01:42:417x17px2013–14UEFA Avropa LiqasıI təsnifat mərhələsi Metallurq1:01:02:017x17pxII təsnifat mərhələsi Piast2:12:24:3 (ə.v.)17x17pxIII təsnifat mərhələsi Gefle1:02:03:017x17pxPley-off Ayntraxt Frankfurt1:20:21:417x17px2014–15UEFA Çempionlar LiqasıII təsnifat mərhələsi Valletta4:01:05:017x17pxIII təsnifat mərhələsi Red Bull Salzburq2:10:22:317x17pxUEFA Avropa LiqasıPley-off Tvente0:01:11:117x17pxF qrupu Sent-Etyen0:01:13-cü yer17x17px İnter Milan0:00:2 Dnepr1:21:02015–16UEFA Çempionlar LiqasıII təsnifat mərhələsi Rudar0:01:01:017x17pxIII təsnifat mərhələsi Seltik0:00:10:117x17pxUEFA Avropa LiqasıPley-off Yanq-Boyz3:01:04:017x17pxJ qrupu Tottenhem Hotspur0:11:34-cü yer17x17px Anderlext1:01:2 Monako1:10:12016–17UEFA Çempionlar LiqasıII təsnifat mərhələsi F91 Düdelanj2:01:13:117x17pxIII təsnifat mərhələsi Viktoriya Plzen1:10:01:117x17pxUEFA Avropa LiqasıPley-off Göteborq3:00:13:117x17pxJ qrupu Slovan Liberets1:10:33-cü yer17x17px Fiorentina1:21:5 PAOK2:01:0 2017–18 UEFA Çempionlar LiqasıII təsnifat mərhələsi Samtredia5:01:06:017x17pxIII təsnifat mərhələsi Şerif Tiraspol0:02:12:117x17pxPley-off Kopenhagen1:01:22:217x17pxC qrupu Çelsi0:40:64-cü yer17x17px Roma1:20:1 Atletiko Madrid0:01:12018–19UEFA Çempionlar LiqasıI təsnifat mərhələsi Olimpiya Lyublyana0:01:01:017x17pxII təsnifat mərhələsi Kukesi3:00:03:017x17pxIII təsnifat mərhələsi BATE Borisov0:11:11:217x17pxUEFA Avropa LiqasıPley-off Şerif Tiraspol3:00:13:117x17pxE qrupu Arsenal0:30:14-cü yer17x17px Sportinq Lissabon1:60:2 Vorskla Poltava0:11:02019–20 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi Partizani Tirana2:00:02:0 17x17px II təsnifat mərhələsi Dandolk3:01:14:1 17x17px III təsnifat mərhələsi APOEL0:22:12:3 17x17pxUEFA Avropa LiqasıPley-off Linfild2:12:34:417x17pxA qrupu Sevilya0:30:23-cü yer17x17px APOEL2:21:2 Dudelanj1:14:12020–21 UEFA Çempionlar Liqası I təsnifat mərhələsi Sileks FK4:04:0 17x17px II təsnifat mərhələsi Şerif Tiraspol2:12:1 17x17px III təsnifat mərhələsi Molde0:0 (p. 5:6)0:0 17x17px UEFA Avropa LiqasıPley-off Legiya Varşava3:03:0 17x17pxI qrupu Vilyarreal1:30:34-cü yer17x17px Sivasspor2:30:2 Makkabi Təl-Əviv1:10:12021–22 UEFA Konfrans Liqası II təsnifat mərhələsi Aşdod FK0:01:01:0 17x17px III təsnifat mərhələsi AEL Limasol1:01:12:1 17x17px Pleyoff mərhələsi Aberdin1:03:14:1 17x17pxH qrupu Bazel0:00:32-ci yer17x17px Kayrat2:12:1 Omoniya2:24:1Pleyoff mərhələsi Olimpik Marsel0:31:31:6 17x17px2022–23 UEFA Çempionlar LiqasıI təsnifat mərhələsi Lex Poznan FK5:10:15:2 17x17pxII təsnifat mərhələsi Sürix3:22:25:4 (ə.v.) 17x17pxIII təsnifat mərhələsi Ferentsvaroş1:13:14:2 17x17pxPley-off Viktoriya Plzen0:01:21:2 17x17px UEFA Avropa LiqasıH qrupu Frayburq1:11:23-cü yer17x17px Nant3:01:2 Olimpiakos0:03:0 UEFA Konfrans LiqasıPleyoff mərhələsi Gent1:00:11:1 (p. 3:5) 17x17px2023–24 UEFA Çempionlar LiqasıI təsnifat mərhələsi Linkoln4:02:16:1 17x17pxII təsnifat mərhələsi Rakuv1:12:33:4 17x17px UEFA Avropa LiqasıIII təsnifat mərhələsi Helsinki2:12:14:217x17pxPleyoff mərhələsi Olimpiya Lyublyana1:12:03:117x17pxH qrupu Bayer Leverkuzen0:11:52-ci yer17x17px BK Hekken2:11:0 Molde1:02:21/16 final mərhələsi Braqa2:34:26:5 (ə.v.)17x17px1/8 final mərhələsi Bayer Leverkuzen2:22:34:517x17px2024–25 UEFA Çempionlar LiqasıII təsnifat mərhələsi Linkoln5:02:07:017x17pxIII təsnifat mərhələsi Ludoqorets1:27:28:4 (ə.v.)17x17pxPley-off Dinamo Zaqreb0:20:30:517x17px UEFA Avropa LiqasıÜmumi qrup Tottenhem Hotspur –0:336-cı yer17x17px Malmö1:2 – Ayaks0:3– Budo-Qlimt –2:1 Lion1:4 – İF Elfsborq –0:1 FKSB2:3 – Olimpiakos –0:32025–26 UEFA Çempionlar LiqasıII təsnifat mərhələsi Şelburn1:03:04:017x17pxIII təsnifat mərhələsi Şkendiya5:11:06:117x17pxPley-off Ferentsvaroş2:33:15:4 17x17pxÜmumi qrup Benfika –3:222-ci yer17x17px Kopenhagen2:0 – Atletik Bilbao –1:3 Çelsi2:2 – Napoli - 0:2 Ayaks2:4 – Ayntraxt Frankfurt3:2 – Liverpul –0:61/16 final mərhələsi Nyukasl1:62:33:917x17px2026–27UEFA Avropa LiqasıI təsnifat mərhələsi Vestri3:03:06:017x17pxII təsnifat mərhələsi CSKA0:00:00:0 (p.4:5)17x17px UEFA Konfrans Liqası III təsnifat mərhələsi Dinamo K2:00:12:117x17px Pley-off mərhələsi Tvente1:41:02:417x17px

Yarışlara görə O = oyun, Q = qələbə, H = heç-heçə, M = məğlubiyyət, VQ = vurduğu qollar, BQ = buraxdığı qollar, QN = qolların nisbəti

thumb|Klubun forması Avropa Liqası Muzeyində 27 avqust 2026-ci il tarixinə olan məlumat: