Elxan Nuriyev Balahəsən oğlu (d.1947-ci il iyunun 6-da Şamaxı rayonunun Göylər kəndi) — dosent, professor.

Həyatı 1947-ci ildə Şamaxı rayonunun Göylər kəndində anadan olmuşdur.1964-cü ildə Göylər kənd onbirillik məktəbini, 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsinin Coğrafiya bölməsinin bitirmişdir.

Elni fəaliyyəti 1976-cı ildə AMEA-nın Coğrafiya İnstitutunun Xəritəçilik və coğrafi adlar (toponimika) şöbəsində işləmişdir.

1983-cü ildə “Şəki-Zaqatala zonasının yaşayış məntəqəsi adlarının tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1985-ci ildə baş elmi işçi, sektor müdiri olmuşdur.

1990-cı ildən Bakı Dövlət Universitetinin “Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm” kafedrasının dosentidi.

2001-ci ildən Beynəlxalq Eko-Enerji Akademiyasının professorudur.

2005-ci ildən BDU-nin Coğrafiya fakültəsində Hümanitar və Sosial məsələlər üzrə dekan müavini vəzifəsində çalışır.“Coğrafi reallığın Azərbaycan toponimiyasında tədqiqi” mövzusunda doktorluq dissertasiyası işini tamamlamışdır. B.Budaqov. Azərbaycan coğrafiyaçı alimləri "Elm" məşriyyatı

Elmi əsərləri E.B.Nuriyev 100-ə qədər elmi əsərin, o cümlədən monoqrafiya, dərslik, metodik göstərişin və s. müəllifidir. “Azərbaycan toponimləri” (1999-cu il) ensklopedik lüğətin əsas müəlliflərindən biridir. Elmi əsərlərə toponimikaya, dünyanın iqtisadi və siyasi coğrafiyasına, turizmə həsr edilmişdir. E.B.Nuriyev bir çox elmi simpoziumlarda, konfranslarda, Coğrafiya Cəmiyyətlərinin qurultaylarında çıxışlar etmişdir. Dəfələrlə BDU-nin, Azərbaycan Təhsil Nazirliyinin Fəxri Fərmaları ilə təltif edilmişdir.

2015, Гидронимы Северо-Восточно го Азербайджана

2015, Kadrların hazırlanmasında topo nimik materiallardan istifadənin əhəmiyyəti

2015, Rekreasiya sisteminin ərazi təşkili

2008,Turizm səyahətlərində toponimik materiallardan istifadə

2008, Azərbaycanda maldarlıq təsərrüfatını əks etdirən bəzi toponimlər

2007, Rekreasiya ehtiyatları və onların qiymətləndirilməsi

2007, Azərbaycan Respublikasında kənd turizminin imkanları və inkişaf perspektivləri

2007, Azərbaycanda kənd turizminin inkişaf perspektivləri

2007, Azərbaycanın coğrafi adları adlları qədim mənbələrdə

2007, Oykonimlərin yaranmasında əhali miqrasiyasının rolu

2005, Şamaxı rayonunun sosial-iqtisadi inkişafında turizm imkanları

2005, Miqrasion paralel toponimlər

2005, Beynəlxalq turizmin dünya iqtisadiyyatında yeri

Kitablar

2000, Azərbaycan Xalq coğrafi terminlər

1988, Azərbaycan SSR-in Şəki-Zaqatala zonasının toponimiyası

Həmçinin bax

Dadaş Ələsgərov

Tapdıq Həsənov

Xarici keçidlər Elxan Nuriyev

İstinadlar

Kateqoriya:Professorlar