250px|thumb|Siemens M75 telefonu aşağıda göstərilən şəkildəki Sony Ericsson K600i-ə bluecekinq edir. 250px|thumb|Sony Ericsson K600i yuxarıda göstərilən şəkildəki Siemens M75 telefonunu bluecekinq etdi. Ekranın aşağı hissəsindəki mətində norveçcə "kontaktlara əlavə et?" yazılıb Blucekinq () — Bluetooth simsiz şəbəkəsi vasitəsi ilə gözlənilməz şəkildə və sanki "heç bir yerdən" gəlməyən adsız mesajlarla telefon istifadəçilərini spamlama üsulu. Əsasən, əyləncə və tanışlıq üçün istifadə olunur. Bu mesajlaşma növündən istifadə edənlər özlərini blucekerlər, yəni "mavi yeləklər" olaraq adlandırır. Haker cəmiyyətində çoxları onları "şən zarafatcıllar" kimi qəbul edir və onları ağ şlyapaların və qara şlyapaların arasındakı boz zonada yerləşdirirlər.

Texniki olaraq, nəzarət bəzi telefonların standart olaraq mesajlarını Bluetooth ilə digər telefonlara göndərilməsinə icazə verdiyi üçün mümkündür. Mavi yeləklər, adətən, mesajlarını qəbul edən telefona yerləşdirmək üçün telefonun kontaktında olan insanlardan istifadə edir və mesajlarını ad və soyad hissələrinə yazırlar.

Tarixi Sinqapurlu Adrian Çianq blucekinqin yaradıcısı hesab olunur. O, 2002-ci ildə dünyanın Bluetooth vasitəsilə ilə yazılan ilk mesajını göndərmişdi. O, bankda olarkən telefonunun Bluetoothunu aktivləşdirir və qoşulduğu Nokia 7650 telefonuna "Buy Ericson" ("Ericson al") mesajını göndərir. Adrian Çianq bunu "blucekinq" adlandırdı.

Son dövrlərdə blucekinqin öz populyarlığını itirdiyi düşünülür.

Digər faktlar Mavi yeləklər arasında "qurban"a hörmət etmə kimi bir sıra yazılmamış qanunlar var. Blucekinqə əlavə olaraq, Bluetooth texnologiyasını istifadə etmək üçün daha az aqresiv başqa bir yol var: bluçolkinq ()

İstinadlar

Kateqoriya:İnformatika Kateqoriya:İnformasiya təhlükəsizliyi Kateqoriya:Kiberhücumlar Kateqoriya:Hücumlar və eksploytlar Kateqoriya:Hobbilər Kateqoriya:Spam