AnnaSofiya Robb (; ) — ABŞ aktrisası; model və müğənni. Aktrisalıq karyerasına 2004-ci ildə Samantha: An American Girl Holiday televiziya serialında baş rolu canlandıraraq başlayıb. Film debütünü 2005-ci ildə Because of Winn-Dixie bədii filmi ilə etmiş, ardınca Tim Börtonun rejissoru olduğu Çarlinin şokolad fabriki (2004) filmində Vaylet Boreqard obrazını canlandırmışdır. 2007-ci ildə işıq üzü görən Terabitiya körpüsü filmindəki rolu ilə məşhurlaşaraq Gənc sənətçi mükafatına layiq görülüb, daha sonra Race to Witch Mountain (2009), Soul Surfer (2011) və Evə aparan yol (2013) filmlərində çəkilib. The CW kanalında yayımlanan Kerrinin gündəlikləri (2013–2014) serialında canlandırdığı Kerri Bredşou rolu ilə diqqətləri üzərinə çəkmişdir.

Erkən həyatı Robb Denver Koloradoda Cenit və David Robbun ailəsində anadan oldu. O, adını böyük ana nənəsi olan, Anna Sofiya və ata nənəsi olan Anna Mariyadan aldı. Robbun əsli və kökü, Danimarka, İngilis, irlandiyalı, Şotland və İsveçdir. O, rəqs və gimnastika dərslərinə dörd il yarım müddətində qatıldı, ancaq sonra aktiyorluq dərslərinə fokus olduğuna görə gimnastika dərslərini buraxdı. 2009-cu ildən Arabaho Orta məktəbində oxuyurdu. 2012-ci ildə isə məzun oldu.

2014-cü ildə Nyu-York Universitetinə qəbul oldu.

21 yanvar 2017-ci ildə keçirilən Qadın marşlarında nümayişçi olaraq iştirak etmişdi.

Karyerası 9 yaşında ikən bir agent tərəfindən kəşf edildikdən sonra o, və anası Los Ancelesə yola düşdülər. Bir neçə seçim mərhələsindən sonra ona Bratz kuklaları adlı komersiyal bir reklamda görünmək fürsəti verildi. McDonald's adına yayımlanan reklamda göründükdən sonra, onun  Drake & Josh televiziya seriyalının "Number One Fan" seriyasında kiçik rol aldı. Samantha: An American Girl Holiday adlı xüsusi bir televiziya seriyalında o, ilk dəfə baş rolda oldu.

Robb böyük ekranlara 2005-ci ildə məşhur uşaq kitablarından ekranlaşdırılan iki filmdə görünməyə başladı. O, Because of Winn-Dixie filmin-də Opal rolunu,Tim Börtinin yenidən işlənmiş Charlie and the Chocolate Factory filmidə isə rəqabətcil və kobud bir obraz olan "Violet Beauregarde"ı canlandırdı. İkinci film çoxlu uğurlar əldə etdi və Robbun populyarlığını artırmaqda mühüm təsiri oldu.

2006-cı ildə Danny Phantom adlı bir cizgi seriyalında Danielle "Deni" Fentonu səsləndirdi. 2007-ci ildə ABŞ-də yayımlanan Bridge to Terabithia filmində Coş Hatçersonla birlikdə çəkildi, o,  Lezli Burk obrazını canlandırdı. Həmin film üçün "Keep Your Mind Wide Open" başlıqlı bir soundterk mahnısı oxudu, Disney Channelın müşayiəti ilə mahnıya klip çəkildi. Mahnı bir həftə müddətində Billboard Hot 100 mahnı hit-paradında 90-cı yeri tutdu. Robb filmin ekranlaşdırıldığı kitabın fanatı idi və roll almadan öncə kitab haqda demişdi; "O kitab indiyə qədər heç bir kitabın təsir etmədiyi kimi mənə təsir etdi"

Robb The Reaping, Arzular səyahət edər , Jumper, və Spy School filmlərində roll aldı. Sleepwalking filminə qarşı mənfi rəylərə baxmayaraq, Robbun filmdəki çıxışı tərif topladı. 2008-ci ildə o, "The Word of Promise: Next Generation – New Testament: Dramatized Audio Bible"da Mariya Maqdalenanı səsləndirdi. O, həmçinin Witch Mountain (2009) filmində də roll aldı. 2010-cu ildə The Space Between filmində göründü. Sonra isə Soul Surfer filmində köpəkbalığı hücumunda qolunu itirdikdən sonra yenə də sörfinq etməyə davam edən Betani Hamilton obrazını canlandırdı.

14 yanvar 2013-cü ildə The CW kanalında yayımlanan "Böyük şəhərdə seks" filmindəki Kerri Bredşou obrazının gənclik illərini Kerrinin Gündəlikləri seriyalında canlandırır və həmin il yayımlanan The Way, Way Back komediyasına çəkildi.

Robb PBS kanalında 2016-2017-ci illər arası yayımlanan vətəndaş müharibəsi drama seriyalı olan Mercy Street -də Alis Qrin obrazını canlandırdı.

Filmoqrafiya Film İlFilmin AdıRoluQeydlər2005Because of Winn-DixieIndia "Opal" Buloni2005Charlie and the Chocolate FactoryViolet Beauregarde2007Bridge to TerabithiaLeslie Burke2007Loren McConnell2007Have Dreams, Will TravelCassie "Cass" Kennington2008JumperYoung Millie Harris2008Spy SchoolJackie Hoffman2008SleepwalkingTara Reedy2009Race to Witch MountainSara2010Samantha "Sam" Jean McClain2011Soul SurferBethany HamiltonHəqiqi bir heykayə əsasında2013Susanna Thompson2013KhumbaTombiSəsləndirmə2014Funny or Die's Little MermaidArielQıssa film2016Jack of the Red HeartsJacqueline "Jack" Ferguson2017The CrashCreason Clifton2017Freak ShowBlah Blah Blah2018Down a Dark HallKatherine "Kit" Gordy

Televizya YearTitleRoleNotes2004Drake & JoshLizaSeriya: "Number One Fan"2004Samantha: An American Girl HolidaySamantha ParkingtonTelevizya filmi2006Danny PhantomDanielle "Dani" FentonSəsləndirməEpisode: "Kindred Sprits"2013–2014Carrie Bradshaw26 episodes2014Robot ChickenYasmin / CleoSəsləndirməSeriya: "Catdog on a Stick"2016–2017Mercy StreetAlice Green12 seriya

Saundtrek İlMahnıAlbüm MövqesiABŞ2007"Keep Your Mind Wide Open"Music from and Inspired by Bridge to Terabithia90

Mükafatlar və namizədlik İlAssosiasiyaKateqoriyaFəailiyətiNəticə 2004Cavan Aktyor MükafatıBest Performance in a TV Movie, Miniseries or Special – Leading Young ActressSamanta: Amerikalı qızın tətili 2006 Best Performance in a Feature Film (Comedy or Drama) – Leading Young Actress Because of Winn-Dixie2007 Best Performance in a Feature Film – Leading Young Actress Terabitiyaya körpü Best Performance in a Feature Film – Young Ensemble Cast Terabitiyaya körpü Critics' Choice Movie Awards Best Young Actress Terabitiyaya körpü 2009 Denver Film Festival Rising Star Award 2013 Yeniyetmə seçim mükafatı Breakout Star Kerri günlükləri Young Hollywood Awards Superstar of Tomorrow

İstinadlar

Xarici keçidlər

IMDb_saytında

Facebook səhifəsi

Kateqoriya:1993-cü ildə doğulanlar Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Nyu-York Universitetinin məzunları Kateqoriya:ABŞ-nin qadın müğənniləri Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ aktrisaları Kateqoriya:XXI əsr ABŞ aktrisaları Kateqoriya:ABŞ televiziya aktrisaları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ xristianları Kateqoriya:Uşaq aktyorlar