Rusiya Quru Qoşunları (rusca: Сухопутные войска Российской Федерации) Rusiya Silahlı Qüvvələrinin tabeçiliyində olan hərbi birləşmədir. 1992-ci ildə Sovet Ordusunun parçalanmasından sonra yaranmışdır.
Strukturu Xidmət növünə görə Quru Qoşunlarına motoatıcı, tank, artilleriya və raket qoşunları, quru qoşunlarının hava hücumundan müdafiəsi, xüsusi birliklər (kəşfiyyat, siqnal, radioelektron mübarizə, mühəndis-istehkam, radiasiya, kimyəvi və bioloji hücumdan müdafiə, texniki təchizat və arxa cəbhənin müdafiəsi), hərbi birliklər və lojistik müəssisələr daxildir.
Motoatıcı qoşunlar Quru Qoşunlarının əsas hissəsini təşkil edir. Onlar düşmənin quruda və havada yerləşən hədəflərini məhv etmək üçün bir çox silahla təchiz olunub. Hazırda Rusiya Quru Qoşunlarında 19 motoatıcı diviziya fəaliyyət göstərməkdədir.
Tank qoşunları isə Quru Qoşunlarının əsas təsir qüvvəsini təşkil edir. 2007-ci il məlumatına əsasən Rusiya Quru Qoşunlarında üç tank diviziyası fəaliyyət göstərir. Bunlar Moskva Hərbi Dairəsində dislokasiya olunmuş 4-cü və 10-cu, həmçinin Sibir ərazisində yerləşən 5-ci tank diviziyalarıdır. Sibir Hərbi Dairəsində dislokasiya olunmuş 2-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 21-ci tank diviziyaları isə fəaliyyətini dayandırmışdır.
Raket və Artilleriya Qoşunları Rusiya Quru Qoşunlarının əsas atəş gücünü təşkil edir. Hazırda Quru Qoşunlarında altı artilleriya diviziyası fəaliyyət göstərir. Sibir Hərbi Dairəsində yerləşən 12-ci və Uzaq Şərq Hərbi Dairəsində yerləşən 15-ci artilleriya diviziyaları isə fəaliyyətini dayandırmışdır.V. I. Feskov et al. 2004 is the source for the designations, while vad777's website is the source for their disbandment. See also Michael Holm, 12th Artillery Division and http://www.ww2.dk/new/army/arty/15gvad.htm
Hava Hücumundan Müdafiə Qoşunları (HHM) düşmənin hava hücumu vasitələrinin qarşısının alınması üçün əsas vasitə hesab olunur. Yer-hava raketləri, HHM artilleriyası və radio-texniki birliklərdən təşkil olunmuşdur.Butowsky, p. 81
Ordu Aviasiyası Quru Qoşunlarını havadan birbaşa atəş dəstəyi ilə təchiz etmək üçün əsas birlik hesab olunur və 2003-cü ildən bəri Rusiya Hərbi Hava Qüvvələrinin tabeçiliyi altında fəaliyyət göstərirdilər.Butowsky, p. 83 Lakin, 2015-ci ildə Ordu Aviasiyası 18 yeni aviasiya briqadası ilə birlikdə yenidən Quru Qoşunlarının tabeçiliyinə verilmişdir.Moscow Defense Brief #2, 2010 page 23 Dövlət Silahlanma Proqramı çərçivəsində Ordu Aviasiyasının əlavə 900 ədəd helikopterlə təchiz olunacağı gözənilir.Moscow Defense Brief #1, 2011 page 15
thumb|centre|1000px|Rusiya Quru Qoşunlarının struktur-sxemi (2007).
thumb|upright 1.6| Hərbi DairəDislokasiya yeriQərb Hərbi Dairəsi (General-polkovnik Andrey Kartapolov)BQ Sankt-Peterburq1-ci Tank OrdusuOdintsovo6-cı OrduAqalotovo20-ci OrduVoronejCənub Hərbi Dairəsi (General-polkovnik Aleksandr Dvornikov)BQ Rostov-na-Don8-ci Qvardiya OrdusuNovoçerkassk49-cu OrduStavropol58-ci OrduVladiqafqazMərkəz Hərbi Dairəsi (General-polkovnik Vladimir Zarudnitski)BQ Yekaterinburq2-ci OrduSamara41-ci OrduNovosibirskŞərq Hərbi Dairəsi (General-polkovnik Sergey Surovikihn)BQ Xabarovsk5-ci OrduUssuriysk29-cu OrduÇita35-ci OrduBeloqorsk (Amur vilayəti)36-cı OrduUlan Ude
Rütbələr və nişanlar
General və zabitlər NATO koduOF-10OF-9OF-8OF-7OF-6OF-5OF-4OF-3OF-2OF-1OF (D)Poqonlar144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144pxRütbələrМаршал MarşalГенерал армии Ordu generalıГенерал-полковник General-polkovnikГенерал-лейтенант General-leytenantГенерал-майор General-mayorПолковникPolkovnikПодполковник Polkovnik-leytenantМайор MayorКапитан KapitanСтарший лейтенант Baş leytenantЛейтенант LeytenantМладший лейтенант Kiçik leytenantКурсантKursant
Gizirlər, çavuşlar, sıravilər NATO koduOR-9OR-9OR-8OR-7OR-6OR-5OR-4OR-2Poqonlar144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144px144x144pxRütbələrСтарший прапорщикBaş gizirПрапорщик GizirСтаршина Kiçik gizirСтарший сержант Baş çavuşСержантÇavuşМладший сержантKiçik çavuşЕфрейторBaş əsgərРядовойƏsgər
Həmçinin bax Rusiya Silahlı Qüvvələri Rusiya Aerokosmik Qüvvələri Rusiya Hərbi Hava Qüvvələri
İstinadlar
Xarici keçidlər
Сухопутные войска на странице Министерства обороны России Фильм про сухопутные войска Сухопутные войска на сайте Армии России
Kateqoriya:Rusiya Silahlı Qüvvələri