Aşağı Tala — Azərbaycan Respublikasının Zaqatala rayonunun Aşağı Tala kənd inzibati ərazi dairəsində kənd.
Coğrafiyası və iqlimi Aşağı Tala kəndini rayon mərkəzindən Tala çayı ayırır. Şimali–şərqdən Yuxarı Tala kəndi, qərb tərəfdən Tala çayı, cənubdan isə Əli Bayramlı kəndinin bəzi hissələri ilə həmsərhəddir.Zaqatala Rayon İcra Hakimiyyəti: İcra hakimiyyəti—>Bələdiyyələr—>Aşağ Tala bələdiyyəsi
Kəndin ərazisi 3.327 hektardır.
Əhalisi 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən əhalisi 6.830 nəfərdir, milli tərkibcə əsasən azərbaycanlılar ibarətdir. Dini etiqadına görə kənd əhalisi müsəlmanlardan təşkil olunub. +Aşağı Tala kəndi əhalisinin milli tərkibi Etnik qrup Sayı, 1970 sa.Ethno-Caucasus, Этнодемография Кавказа: Закатальский район (перепись 1970 года) Nisbəti, 1970 sa. cəmi3 842100 % azərbaycanlı3 73899. 9 % ləzgi0.0 % saxur00.0 % rus və ukraynalı50.1 % avar10.0 % tatar10.0 % erməni00.0 %
Kənd RİHB-nın ərazi İcra nümayəndəsi və Aşağı Tala Bələdiyyəsi tərəfindən idarə olunur.
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, baramaçılıq, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Burada "Azərtütün" MMC-nin illik istehsal gücü 3500 ton olan, MDB-də ən müasir olduğu iddia edilən tütün emalı zavodı yerləşir.
Mədəniyyəti Kənddə üç orta məktəb, bir texniki peşə məktəbi, həkim məntəqəsi, mədəniyyət evi, uşaq bağçası, klub, 3 kitabxana, 2 məscid binası, 3 hücrə, futbol meydançası var.
Tarixi abidələri Ömər Əfəndi ziyarətgahı.
Tanınmışları Qurban Qurbanov (1972–) — Keçmiş azərbaycanlı futbolçu, məşqçi. İlkin Qırtımov (1990–) — Azərbaycanlı futbolçu, Neftçi PFK nın müdafiəçisi. Sevil Qazıyeva (1940–1963) — Azərbaycan SSR-də ilk qadın mexanizator. İsgəndər Dəmirbəyli — Qarabağ müharibəsidə qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Valeh Bədəlov (1990–2020) — Vətən Müharibəsi Qəhrəmanı.
İstinadlar
Kateqoriya:Zaqatala rayonunun kəndləri Kateqoriya:Azərbaycan coğrafiyası