Ailəmiz bədii serialı rejissor Elnur Əliyev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Premier Cinema Prodakşnda istehsal edilmişdir. Serialda ailədə heç bir yerdə işləməyən kişi və oğlu gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur. Serialda əsas rolları Əmrulla Nurullayev, Aynur Hacıyeva, Elvir Yunis, Aytən Rəsulzadə, Arzu Rzayev, Günay Əhməd, Rövşən Təhməzli və Sevinc Ağayeva ifa edirlər.
Məzmun Bu gün cəmiyyətimizdə və ailələrimizdə sosial problemlərin olması və bundan sui-istifadə edən bəzi insanlar danılmazdır. Bu cür insanların hərəkətləri ətrafdakılara pis nümunə olmaqla yanaşı, ailələrində olan uşaqlarında tərbiyəsinə mənfi təsirini göstərir.
Serialda ailədə heç bir yerdə işləməyən kişi (Əmrulla Nurullayev) və oğlu (Elvir Yunis) gün ərzində kimi isə aldatmaqla gəlir əldə etmək istəyirlər və hər dəfə də bu cəhdləri boşa çıxır. Evin xanımı (Aynur Hacıyeva) isə bütün günü gözəllik salonunda işləyərək evin bütün təlabatlarını ödəməklə məşğuldur.
Film günün aktual problemlərini komediya janrında öz yozumu ilə tamaşaçılara çatdıraraq tənbəl, asan pul qazanmaq və qadınların hesabına yaşamaq istəyən kişiləri gülüş hədəfinə çevirir.
Film haqqında Film 50 seriya çəkilməliydi, lakin 18 seriya ilə yarımçıq qaldı.
Filmin üzərində işləyənlər Ssenarist: Elvir Yunis, Rövşən Təhməzli, Bəhruz Məhəmməd Rəcəb oğlu, Araz Atakişiiyev Rejissor: Elnur Əliyev Operator: Samir Süleymanov, İlqar Tural Prodüser: Vüqar Cabbarov Rəssam: Mehriban Əfəndi Bəstəkar: Hafiz İbrahimli
Rollarda Əmrulla Nurullayev — Aslan Aynur Hacıyeva — Ləman Elvir Yunis — Ayxan Aytən Rəsulzadə — Aydan Arzu Rzayev — Salman Babayev Günay Əhməd — Fidan Rövşən Təhməzli — Qəzənfər Sevinc Ağayeva — Arzu
İstinadlar
Həmçinin bax Azərbaycan filmlərinin siyahısı 2013-cü ilin Azərbaycan filmləri 2010-cu illər Azərbaycan filmlərinin siyahısı
Kateqoriya:2013-cü ilin filmləri Kateqoriya:2013-cü ilin Azərbaycan filmləri