Aslan Ağahüseyn oğlu Hüseynov () — Azərbaycan dövlət, siyasi və təsərrüfat xadimi, Salyan və Yardımlı Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi. (1970–1975), SSRİ Ali Sovetinin VII, VIII və IX çağırış, Azərbaycan SSR Ali Sovetinin VI və X çağırış deputatı.

Həyatı Aslan Hüseynov 1916-cı ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunda təhsil almışdır.

1931–1947-ci illərdə Salyan Rayon Prokurorluğunun nəzarət komitəsinin katibi, Salyan Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin məsul katibi olmuş, Sov. İKP yanında Ali Partiya Məktəbində təhsil almış və Sovet Ordusunda xidmət etmişdir.

1947–1949-cu illərdə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin inspektoru, şöbə müdiri, tikinti-quraşdırma təşkilatlarının siyasi şöbə rəisinin müavini və rəisi olmuşdur.

Siyasi fəaliyyəti 1957-ci ildə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi təyin olunmuşdur. 1961-ci ildə isə Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibi seçilmişdir. 1970-ci ildə isə Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi təyin olunmuşdur.

Aslan Hüseynov 1976–1980-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin yanında partiya komissiyasının sədri olmuşdur.

Aslan Hüseynov SSRİ Ali Sovetinin VII, VIII, IX və Azərbaycan SSR Ali Sovetinin VI, X çağırışlarının deputatı olmuşdur.

Təltifləri 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni (1944) "Qırmızı Ulduz" ordeni (1944) 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni (1945) "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı (1945) "Belqradın azad edilməsinə görə" medalı (1945) "Vyananın alınmasına görə" medalı (1945) "Lenin" ordeni (30 aprel 1966)

Mənbə

İstinadlar

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Salyan Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası Yardımlı Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Naxçıvan MSSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri