Başqırd balı () — Rusiya Federasiyasının Başqırdıstan Respublikasında istehsal olunan bal.
Ticarət nişanı "Başqırd balı" adı qorunan ticarət nişanıdır. Arıçılıq və Apiterapiya üzrə Başqırd Elmi-Tədqiqat Mərkəzi 2005-ci ildən bəri Rusiya Federasiyasının ərazisindəki yeganə müəssisədir ki, bal məhsullarını etiketləmək üçün "Başqırd balı" ifadəsini istifadə etmək hüququna malikdir.
Xüsusiyyəti Başqırd balının dadı uzun müddətdir ki, məşhurdur və başqırdlar üçün qürur qaynağı olmuşdur. Əsl Başqırd balı olmadan, bir başqırd çayı düşünülə bilməz; üzərinə təzə kənd qaymağı və bal sürtülmüş çörək insan istehsalı olan digər bütün şirniyyatlara meydan oxuya bilər.
İstehsalı Başqırdıstanda istehsal olunan illik bal miqdarı orta hesabla 5–6 min ton təşkil edir.
İxracı Rusiya ərazisindən başqa Başqırd balı və ona aid olan məhsullar bir çox Avropa ölkələrinə, ABŞ, Yaponiya, Yaxın Şərq və MDB ölkələrinə ixrac olunurПчеловоды республики намерены доказать, что башкирский мёд самый лучший в мире . // 01.09.2015.
2014-cü ildə Başqırd balının Çinə ixracı ilə bağlı 6 min ton həcmində olan bal üçün 3 milyard rubl məbləğində müqavilə imzalanmışdır. 2014-cü ilin avqustunda Çinin Szyutszyan şəhərində Başqırd balının satışı üçün ilk mağaza açılmışdır.
Mükafatları və nailiyyətləri Başqırd balı müxtəlif qida sərgilərinin və yarmarkalarının iştirakçı və qalibidir. 1961 — Erfurtda (Almaniya) qızıl medal. 1965 — Buxarestdə (Rumıniya) keçirilmiş XX Beynəlxalq Apimondi Konqresində gümüş medal. 1971 — Moskvada (SSRİ) keçirilmiş XXIII Beynəlxalq Apimondi Konqresində qızıl medal. 2001 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat. 2002 — Berlindəki (Almaniya) "Yaşıl Həftə" Beynəlxalq Sərgisində ən ali mükafat. 2002 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat. 2003 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat. 2004 — Sankt-Peterburqda "Rusiya fermer" — "Agrorus" sərgi-yarmarkasında ən yüksək mükafat.
Qalereya
Ədəbiyyat А. М. Ишемгулов "История и современное состояние пчеловодства Республики Башкортостан" Люди и пчёлы. "Наука и жизнь" № 5 2005 г. Газета "Выбор" № 152–155 от 16.10.2015. Статья "Башкирский мёд — первый в стране".
İstinadlar
Xarici keçidlər
ГУ БНИЦ по пчеловодству и апитерапии
Kateqoriya:Başqırdıstanda arıçılıq Kateqoriya:Başqırdıstan brendləri Kateqoriya:Başqırdıstan mətbəxi