Balliqaya — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Gorus rayonunda) kənd adı.

Toponim Oradakı "Ballı qaya"nın adındandır. Qayanın adı bal arısı yuvalarının olması ilə bağlıdır. XIX əsrdə Zəngəzurda yaşamış Safulu tayfasının qışlaqlarından birinin adıdır.

Əhalisi 1918-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və kənd dağıdılmışdır.

Həmçinin bax Ballıqaya (Qubadlı) Ballıqaya (Ağdam)

Ədəbiyyat Qeybullayev Q.Ə. Qədim türklər və Ermənistan. Bakı, 1992. Budaqov B.Ə. Ermənistanın Azərbaycan mənşəli coğrafi adları. “Didərginlər” məcmuasi. Bakı, 1990.

Kateqoriya:Zəngəzur kəndləri