Tibor Karoyi (; doğ. 15 noyabr 1961, Budapeşt, Macarıstan) — macar şahmatçısı; beynəlxalq usta (1983), nəzəriyyəçi, məşqçi.
1981-ci ildə Macarıstan yığmasının heyətində Avstriyanın Qrats şəhərində keçirilən gənclərin dünya çempionatında (26 yaşa qədər) 3-cü yeri tutub. 1984-cü ildə Macarıstan çempionu olub.
Peter Leko və Yudit Polqarı çalışdırıb. Karoyinin dörd şagirdi müxtəlif illərdə (yeddi dəfə) yeniyetmələr arasında dünya çempionatlarının mükafatçısı olub.
Karoyi debütlər sahəsində tanınmış mütəxəssisdir. Onun nəzəri məqalələri mütəmadi olaraq şahmat sahəsində aparıcı nəşr olan "New in Chess" jurnalında dərc olunur.
Dörd şahmat kitabının müəllifidir.
Kitabları
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Tibor Karolyi. Chess-DB.com Tibor Karolyi Jr. Chessgames.com Tibor Jr Karolyi. 365Chess.com
Kateqoriya:Budapeştdə doğulanlar Kateqoriya:Macarıstan şahmatçıları Kateqoriya:Şahmat nəzəriyyəçiləri Kateqoriya:Şahmat hakimləri Kateqoriya:Şahmat beynəlxalq ustaları