Tikrit () — İraqda Bağdadın 140 km şimal-qərbində Dəclə çayı sahilində qurulmuş bir qəsəbədir. Səlahəddin valiliyinin paytaxtı olan qəsəbənin təxmini əhalisi 160 mindir (2012-ci ilin siyahıyaalması).

Tarixi Qəsəbədə yaşayışın mövcudluğu Assuriya dövrünə qədər gedib çıxır. Mənbələrdə şəhərin adı ilk dəfə Babil hökmdarı Nabolpolassarın Assur şəhərinə hücumu dövrü ilə əlaqədar çəkilir. Təxmini 1000 il əvvəl Tikritdə bir qala və böyük xristian monastrının olması haqqında orta əsr müəlliflərinin kitablarında məlumatlar vardır. Orta əsrlərdə qəsəbə tekstil malları istehsal edirdi.

Şəhər böyük tarixi əhəmiyyətə malikdir. Azərbaycan dövlətlərindən Qaraqoyunlular, Ağqoyunlular, SəfəvilərMusalı N.S. I Şah İsmayılın hakimiyyəti ("Tarix-i aləm-ara-yi Şah İsmayıl" əsəri əsasında) . Bakı: "Nurlan", 2011. s. 326. və Əfşarlar İraqı elə keçirərkən Bağdad ətrafındakı bu qəsəbəni də öz hakimiyyətlərinin altına salıblar.

Tarixi şəxsiyyətlərdən Səlahəddin ƏyyubiMalcolm Lyons and D.E.P. Jackson, "Saladin: The Politics of the Holy War", pg. 2. və keçmiş İraq prezidenti Səddam Hüseyn də bu şəhərdə doğulmuşdur.

İstinadlar

Həmçinin bax İraq İŞİD Səddam Hüseyn

Kateqoriya:İraq şəhərləri Kateqoriya:Tikrit