Bismark (Bismarck) — ABŞ-nin şimalında şəhər, Şimali Dakota ştatının inzibati mərkəzi.

Əhalisi Əhalisi 56,7 min (2005; şəhərətrafı ilə təqribən 100 min) nəfərdir.

Coğrafiyası Missuri çayının orta axınında, sol sahilindədir. Avtomobil magistralları və dəmiryolları qovşağı. Çay portu. Bələdiyyə aeroportu.

Tarixi İnşa olunan Şimali Sakit okean dəmiryolunun mühafizəsi üçün hərbi düşərgə kimi 1872-ci ildə salınmışdır. Almaniyadan səmayələrin və gəlmələrin cəlb olunması məqsədilə şəhərə Otto fon Bismarkın adı verilmişdir. 1874-cü ildən qızıl hasilatı rayonunun (Bismark yaxınlığında Blek-Hils dağlarındakı yataq) mərkəzidir. 1875-ci ildən şəhərdir; 1883-cü ildən Dakota ərazisinin, 1889-cu ildən Şimali Dakota ştatının inzibati mərkəzidir.

İqtisadiyyatı Kənd təsərrüfatı rayonunun maliyyə ticarət mərkəzidir. Bismark aqlomerasiyasında işləyənlərin təqribən 5%-i sənayedə çalışır. Kənd təsərrüfatı maşınları istehsal olunur, yeyinti sənayesi müəssisələri fəaliyyət göstərir. Bismarkın yaxınlığında daş kömür hasil edilir. Bismarkdan şimal şərqdə “Koul-Krik” (1080 MVt) və “Antilop-Valli” (900 MVt) İES-ləri, şimalda Missuri çayı üstündə “Harrison” (518 MVt) SES-i var. Bismarkdan cənubda Standinq-Rok hindi rezervaziyası yerləşir. Siu və şayenn tayfalarının Amerika hökumətinə qarşı mübarizəsinə rəhbərlik edən siuların tayfa başçısı Sittinq-Bull 1890-cı ildə burada öldürülmüşdür.

Qalereya

Həmçinin bax Binhemton

İstinadlar

Xarici keçidlər Şəhərin rəsmi internet səhifəsi

Kateqoriya:Şimali Dakota