Kamil Əlisoltan oğlu Akimov (Həkimov) (11 iyul 1927, Sabirabad şəhəri - 16 iyun 2019, Bakı şəhəri) — ictimai xadim, neft sənayesi təşkilatçısı, Azərbaycanın əməkdar mühəndisi.

Həyatı Kamil Akimov 1927-ci il iyulun 11-də Sabirabad şəhərində sənətkar ailəsində anadan olub. 1943-cü ildə Bakı Neft Texnikumuna daxil olmuş, 1947-ci ildə bu texnikumu fərqlənmə diplomu ilə bitirdikdən sonra təhsilini Azərbaycan Sənaye İnstitutunda davam etdirib və eyni zamanda Neftayırma zavodunda operator köməkçisi kimi əmək fəaliyyətinə başlayıbNəsillərə örnək ömür . 1952-ci ildə ali təhsilini neft və qazın emalı üzrə mühəndis-texnoloq ixtisası ilə başa vurduqdan sonra zavodun ən məhsuldar qurğularından birinə rəis təyin edilib.

Əmək fəaliyyəti Kamil Akimov, 1962-ci ildə zavodun baş mühəndisini müavini; 1963-cü ildə Azərbaycan KP MK, respublika Nazirlər Soveti yanından yeni təşkil olunmuş Partiya Dövlət Nəzarət Komitəsinin neft və kimya sənayesi şöbəsinə rəis müavini; 1964–1967-ci illərdə Bakı Neft Emalı Zavodunun direktoru; 1967–1970-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi nazirinin birinci müavini; 1970–1980-ci illərdə Azərbaycan SSR Neft Emalı Sənayesi naziri vəzifələrində çalışmışdır. 1980-ci ildə II çağırışda Ali Sovetin deputatı seçilib. O, ayrı-ayrı illərdə İraqda və Kubada neft emalı zavodlarının yenidən qurulmasında sovet mühəndislərinin işinə birbaşa rəhbərlik edib, həmin ölkələrin fəxri fərmanları və yüksək mükafatlarına layiq görülüb.

Mükafatları "Şərəf nişanı" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni Azərbaycan respublikası Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilib.Avropada və Asiyada neft-qaz təmayüllü ilk texniki ali təhsil müəssisəsi. Bakı, "Çaşıoğlu", 2010, s.399

Ölümü 2019-cu il iyunun 16-da Bakı şəhərində vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Azərbaycan SSR xalq komissarları və nazirləri