Nicat Əmir oğlu Quliyev — Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini və nazir əvəzi.
Həyatı Ailəsi Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun xalası oğlu olduğu iddia edilmişdir. Xanımı yazıçı Əhməd Cavadın nəvəsidir.
Siyasi fəaliyyəti Nicat Quliyev 4 noyabr 1993-cü il tarixində Azərbaycan Respublikası xarici iqtisadi əlaqələr nazirinin birinci müavini təyin edilmişdir. Həmin dövrdə nazir olmadığı üçün həm birinci müavin, həm də nazir əvəzi olaraq çalışmışdır. 4 avqust 1995-ci il tarixində vəzifəsindən azad olunmuşdur.
2004-cü ilədək Acarıstan Muxtar Respublikası başçısı Aslan Abaşidzenin müşaviri vəzifəsində çalışmışdır.
Həbsi 2013-cü il avqustun 7-də Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən qurama iş üzrə həbs edilmişdir. Abşeron Rayon Məhkəməsinin hökmü ilə MTN işi üzrə sabiq nazir əvəzini 3 il müddətinə heç bir əsas olmadan, qanunsuz olaraq azadlıqdan məhrum olunub. O, MTN tərəfindən saxtalaşdırılmış iş üzrə odlu silah saxlamada ittiham edilib. Avropa İnsan Hüquqları üzrə Avropa Məhkəməsi 17 fevral 2026-cı il tarixində Nicat Quliyevin şikayətini təmin edərək, onun, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiya ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğuna və bununla əlaqədar olaraq da təzminat ödənilməsinə dair qərar qəbul edib.
İstinadlar 13. https://www.gununsesi.info/avropa-m%C9%99hk%C9%99m%C9%99si-eldar-mahmudovun-s%C9%99rl%C9%99diyi-sabiq-nazirin-sikay%C9%99tini-t%C9%99min-etdi/
Kateqoriya:Azərbaycan nazirləri