Vera Lantratova (; doğ. 11 may 1947, Bakı, Azərbaycan SSR, SSRİ — 20 aprel 2021) — keçmiş sovet voleybolçusu, SSRİ yığmasının və Neftçi klubunun oyunçusu. Olimpiya, dünya və Avropa çempionu. SSRİ əməkdar idman ustası (1991).

Həyatı Klub səviyəsində yalnız Bakının "Neftçi" komandasında çıxış edib. Bu komandanın heyətində SSRİ çempionatının ikiqat bürünc mükafatçısı olub. 1967-ci ildə Azərbaycan SSR milli komandasının heyətində SSRİ çempionatının və SSRİ xalqları Spartakiadasının gümüş mükafatçısı olub.

1966-cı ildə gənc komandalar arasında Avropa çempionu olub. 1967-1970-ci illərdə SSRİ yığmasında çıxış edib. Yığmanın heyətində Olimpiya (1968), dünya (1970) və Avropa (1967) çempionu olub.

Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) məzunudur (1971).

İdmançı karyerasını bitirdikdən sonra Bakı Ali Partiya Məktəbində (indiki Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) kafedra müdiri işləyib. Sonralar Leninqrada köçüb və orada orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyib.

İstinadlar

Kateqoriya:SSRİ voleybolçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Olimpiya qızıl medalına sahib SSRİ idmançıları Kateqoriya:11 mayda doğulanlar Kateqoriya:1947-ci ildə doğulanlar Kateqoriya:20 apreldə vəfat edənlər Kateqoriya:2021-ci ildə vəfat edənlər Kateqoriya:SSRİ-nin əməkdar idman ustaları Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:1968 Yay Olimpiya Oyunları çempionları Kateqoriya:Rusəsilli azərbaycanlılar Kateqoriya:Bakıda doğulmuş idmançılar