Alyona Kolesnik () — Azərbaycanı təmsil edən qadın güləşçi.
Karyerası Alyona Kolesnik 2012-ci ildə Polşada yeniyetmələr arasında Avropa Çempionatını və Azərbaycanda yeniyetmələr arasında Dünya Çempionatını beşinci pillələrdə başa vurdu. 2013-cü ildə Bolqarıstanda D. Kolov - N. Petrov Turnirinin bürünc medalına sahib olan Alyona Kolesnik 2015-ci il ərzində Paris şəhərində Paris Qran-Prisini, Sofiya şəhərində D. Kolov - N. Petrov Turnirini və İstanbul şəhərində gənclər arasında Avropa Çempionatını gümüş medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Polşada U23 Avropa Çempionatının qalibi oldu.
Alyona Kolesnik 2016-cı ildə martda Bolqarıstanda U23 Avropa Çempionatının gümüş medalına sahib oldu, noyabrda isə Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin xatirəsinə həsr olunan beynəlxalq turniri bürünc medalla başa vurdu. 2017-ci ildə Alyona Kolesnik martda Macarıstanda U23 Avropa Çempionatını və mayda Serbiyada Avropa Çempionatını bürünc medallarla başa vurdu. Həmin il Alyona Kolesnik həm də IV İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
2018-ci ildə Alyona Kolesnik Kiyev və İstanbul şəhərlərində baş tutan beynəlxalq turnirləri bürünc medallarla başa vurdu. Apreldə Rusiyada baş tutan Avropa Çempionatında isə Alyona Kolesnik bürünc medalın sahibi oldu. Karyerasının ən uğurlu mövsümü 2019-cu ilə təsadüf edən Alyona Kolesnik Fransada Henri Deglane Turnirinin qalibi oldu, Rumıniyada Avropa Çempionatının və Belarusda Avropa Oyunlarının isə bürünc medallarına sahib oldu.
Alyona Kolesnik 2020-ci ildə İtaliyanın Roma şəhərində baş tutan Avropa Çempionatını beşinci pillədə başa vurdu. 2021-ci il ərzində Avropa Olimpiya Təsnifat Turnirində və Dünya Olimpiya Təsnifat Turnirində çıxış edən Alyona Kolesnik nəticədə olimpiya lisenziyasına sahib ola bilmədi.
2022-ci il ərzində Alyona Kolesnik Rusiyada İvan Yarıgin Turnirinin qalibi oldu, İstanbul şəhərində baş tutan Yaşar Doğu Turnirini isə bürünc medalla başa vurdu. Həmin il Alyona Kolesnik həm də Macarıstanda Avropa Çempionatını dördüncü pillədə başa vurdu, Konya şəhərində baş tutan İslam Həmrəyliyi Oyunlarının gümüş medalına sahib oldu.
Alyona Kolesnik 2023-cü ildə Zagren Open beynəlxalq turnirinin bürünc medalına sahib oldu, Xorvatiyanın Zaqreb şəhərində baş tutan Avropa Çempionatını isə beşinci pillədə başa vurdu.
Nəticələri
SıraİlYarışEv sahibiNəticə Azərbaycan12012Yeniyetmələrin Avropa Çempionatı Polşa5.2Yeniyetmələrin Dünya Çempionatı Azərbaycan5.32013D. Kolov - N. Petrov Turniri Bolqarıstan3.4Gənclərin Avropa Çempionatı KYRM8.52015Paris Qran-Prisi Fransa2.6U23 Avropa Çempionatı Polşa1.7D. Kolov - N. Petrov Turniri Bolqarıstan2.8Gənclərin Avropa Çempionatı Türkiyə2.9Gənclərin Dünya Çempionatı Braziliya11.10Qızıl Qran-Pri Azərbaycan5.112016Avropa Çempionatı Latviya12.12U23 Avropa Çempionatı Bolqarıstan2.13Poland Open Polşa8.14Qızıl Qran-Pri Azərbaycan3.15Dünya Çempionatı Macarıstan11.162017Kiyev Turniri Ukrayna8.17U23 Avropa Çempionatı Macarıstan3.18Avropa Çempionatı Serbiya3.19İslam Həmrəyliyi Oyunları Azərbaycan2.20U23 Dünya Çempionatı Polşa5.212018Kiyev Turniri Ukrayna3.22Avropa Çempionatı Rusiya3.23U23 Avropa Çempionatı Türkiyə7.24Y. Doğu Turniri Türkiyə3.25A. Medved Turniri Belarus8.26Dünya Çempionatı Macarıstan10.27U23 Dünya Çempionatı Rumıniya5.
SıraİlYarışEv sahibiNəticə282019Henri Deglane Turniri Fransa1.29Avropa Çempionatı Rumıniya3.30Sassari Turniri İtaliya11.31Avropa Oyunları Belarus3.32Dünya Çempionatı Qazaxıstan12.332020Yaşar Doğu Turniri Türkiyə5.34Avropa Çempionatı İtaliya5.352021Avropa Olimpiya Təsnifat Turniri Macarıstan12.36Dünya Olimpiya Təsnifat Turniri Bolqarıstan5.37Dünya Çempionatı Norveç10.382022İvan Yarıgin Turniri Rusiya1.39Y. Doğu Turniri Türkiyə3.40Avropa Çempionatı Macarıstan4.41İslam Həmrəyliyi Oyunları Türkiyə2.42Dünya Çempionatı Serbiya12.432023Zagreb Open Xorvatiya3.44Avropa Çempionatı Xorvatiya5.
İstinadlar
Kateqoriya:Ukraynanın qadın güləşçiləri Kateqoriya:Azərbaycanın qadın güləşçiləri Kateqoriya:2019 Avropa Oyunlarında güləşçilər Kateqoriya:2019 Avropa Oyunlarında bürünc medal qazananlar Kateqoriya:Güləş üzrə Avropa Çempionatının medalçıları Kateqoriya:Azərbaycanın Ukraynadan milliləşdirilən idmançıları Kateqoriya:Güləş üzrə Avropa çempionları Kateqoriya:Avropa Oyunlarının bürünc medalına sahib Azərbaycan idmançıları Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar Kateqoriya:Güləş üzrə İslam Həmrəyliyi Oyunlarının medalçıları Kateqoriya:2017 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar