Buzdək rayonu () — Başqırdıstan Respublikasının ərazisinə daxil olan inzibati rayon. Rayonun inzibati mərkəzi Buzdək kəndidir. Kənd Ufa şəhərindən 112 km aralıda yerləşir. Coğrafi yerləşməsi Buzdək rayonu Başqırdıstanın qərbində yerləşir. Rayonun ərazisi 1710 km² təşkil edir. Ərazisi şimaldan cənuba uzanmış formaya malikdir. Çermasan çayının şimal qolları rayon ərazisindən axır. Ərazisində əsasən qara torpaqlar yayılsa da cənub hissədə bəzən talalar şəklində boz meşə torpaqlarına rast gəlmək olar. Meşələrində şam, palıd ağacları üstünlük təşkil edir. Meşələr ərazisinin 12 % təşkil edir. Mineral ehtiyatları neft, gil və qum-çınqıl yataqları ilə təmsil olunur. Tarix Buzdək rayonu 20 avqust 1930-cu ildə Başqırd Muxtar Sovet Sosialist Respublikası kantonları ləğv edərək yerində 48 rayon təşkil etməsi ilə təsis edilmişdir.
Əhali + Əhalinin sayı20022008Подготовка к проведению всероссийской переписи населения на территории городского округа г. Уфа 2009Численность постоянного населения Российской Федерации по городам, посёлкам городского типа и районам на 1 января 2009 года . 2 yanvar 2014 tarixində yoxlanılmışdır. 2 yanvar 2014 tarixində Arxivləşdirilmişdir.2010Всероссийская перепись населения 2010 года. Численность населения по населённым пунктам Республики Башкортостан . 20 avqust 2014 tarixində yoxlanılmışdır. 20 avqust 2014 tarixində.20122013Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2013 года. — М.: Федеральная служба государственной статистики Росстат, 2013. — 528 с. (Табл. 33. Численность населения городских округов, муниципальных районов, городских и сельских поселений, городских населённых пунктов, сельских населённых пунктов) . 16 noyabr 2013 tarixində yoxlanılmışdır. 16 noyabr 2013 tarixində. 31 178 30 58930 41330 68829 92629 4142014Таблица 33. Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2014 года . 2 avqust 2014 tarixində yoxlanılmışdır. 2 avqust 2014 tarixində.2015Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2015 года . 6 avqust 2015 tarixində yoxlanılmışdır. 6 avqust 2015 tarixində.2016Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2016 года 2017Численность населения Российской Федерации по муниципальным образованиям на 1 января 2017 года (31 iyul 2017). 31 iyul 2017 tarixində yoxlanıldı. 31 iyul 2017 tarixində Arxivləşdirildi.28 81728 26327 76027 337
Ümumrusiya siyahıya alınmasına Başqırdıstan Respublikası Buzdək rayonu ərazisin milli tərkibi: tatarlar — 60,2 %, başqırdlar — 30,4 %, ruslar — 7,4 %, digər millər — 2 %.
İnzibati-ətazi vahidləri Rayonda 12 kənd inzivati vahidliyinə 81 yaşayış məntəqəsi daxildir.
İqtisadiyyat Ərazisinin böyük hissəsi kənd təsərrüfatına cəlb olunmuşdur. Taxılçılıq, şəkər çuğunduru yetişdirilməsi, südlük-ətlik maldarlıq və donuzçuluq inkişaf etmişdir. Nəqliyyat Şərqindən qərbə doğru Çişmi - İnza dəmir yolu, M-5 "Ural" və şimalında isə Çekmaquş - Buzdək - Davlekanovo magistralı keçir. Sosial sfera Rayon ərazisində 65 ümumtəhsil mərkəzi, 21 orta məktəb, peşəkar uçiliş, 28 kütləvi kitabxana, 53 klub, 3 xəstəxana fəaliyyət göstərir. Burada rus və tatar dillərində «» — «» adlı qəzetlər buraxılır. 2009-cu ildən isə Buzdək ekspres reklam qəzeti çap olunur.
Mənbə Rayon administrasiyası
İstinadlar
Kateqoriya:Başqırdıstan rayonları Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər