İlmir Rəşad oğlu Xəzəddinov (, ; ) — tatarəsilli Rusiya xizəklə tramplindən tullananı, Rusiya çempionu (2013),http://news.sport-express.ru/2013-10-15/627064/ İlmir Xəzəddinov Soçidə K-95 tramplenini qazandı. İdman Ekspress. İdman xəbərləri: futbol, hokkey, tennis, basketbol, biatlon beynəlxalq dərəcəli idman ustası.

Bioqrafiya İlmir Xəzəddinov 28 oktyabr 1991-ci ildə Ufa şəhərində anadan olmuşdur. Ufa Ali İdman Ustalığı məktəbinin şagirdi olmuşdu.

Karyerası Xəzəddinovun ilk məşqçisi Vladimir Andreyeviç Nikulin olmuşdur. Gənc idmançı, SDYUŞOR və ŞVSM "Lokomotiv" klublarının üzvü olmuşdur. Xəzəddinov 2005-ci ildən bəri beynəlxalq dərəcəli müsabiqələrdə iştirak edir. İlmir Xəzəddinov Rusiyada keçirilmiş olan 2014 Qış Olimpiya Oyunlarında iştirak etmişdir. O, normal təpə yaşının seçmə mərhələsini 18-ci, final mərhələsini isə 35-ci yerdə bitirmişdir. Böyük təpə yarışının seçmə mərhələsində 32-ci, final mərhələsində isə 29-cu yerə layiq görülmüşdür. O həmçinin, komanda tədbirində 9-cu yeri tutan Rusiya komandasının üzvü idi. Xəzəddinov Dünya Kuboku debütünü 2012-ci ilin mart ayında etmişdir. İdmançının hal-hazırkı məşqçisi Ramil Razyapoviç Abrarovdur. Dünya Kubokunda ən yaxşı fərdi nəticəsi 25-ci yerdir (Bişofşofen 2015).

Şəxsi həyatı İlmir Rəşad oğlu Xəzəddinov rok-musiqisi və avtomobillərlə maraqlandığını demişdir. Qardaşı, xizəklə tullanma üzrə idman ustası olan Razil Rəşad oğlu Xəzəddinovdur.

İstinadlar

Xarici keçidlər Xizəklə tramplindən tullanma federasiyasının saytında FIS-in rəsmi saytında profili Uçan xizəkçi saytında

Kateqoriya:Ufada doğulanlar Kateqoriya:Rusiya idmançıları Kateqoriya:Tatar idmançılar Kateqoriya:Xizəklə tramplindən tullananlar