Ərəb üsyanı bayrağı () — Ərəb üsyanı zamanı ərəb milliyətçilərinin istifadə etdiyi bayraq. thumb|23x23px Bayraq nisbəti: 2:3

Tarixi

thumb|Ərəb üsyanı bayrağı (Əqəbə, 2006) left|thumb|1916–1918-ci illərdə baş vermiş ərəb üsyanı zamanı ərəb ordusunun əsgərləri. Əsgərlər şəkildə təsvir edildiyi kimi Ərəbistan səhrasında ərəb Üsyanı bayrağını daşıyırlar.

Bayraq üsyanın ancaq ərəblər tərəfindən təşkil olunduğunu göstərməyə çalışan bir Britaniya diplomatı olan Ser Mark Sayks tərəfindən hazırlanmışdı.Uilyam İsterli, The White Man's Burden (, 2006), səh. 295 Ərəb üsyanının kiçik bir ərazidə mövcud olmasına və Britaniya ilə birgə təşkil edildiyinə baxmayaraq, Birinci Dünya müharibəsindən sonra formalaşmış ərəb dövlətlərinin bayraqları kimi qəbul edilmişdi. İordaniya, İraq, Küveyt, Sudan, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Fələstin, Somalilend, Səhrə Demokratik Ərəb Respublikası və Liviya kimi ölkələrin bayraqları "Ərəbçiliyi" bildirən bayraqdan ilhamlanmışdırlar.

Bayraqdakı 3 üfüqi rəng, Abbasilər (qara) , Əməvilər (ağ) və Fatimilər (yaşıl) xilafətlərini, solda yerləşən qırmızı rəngli üçbucaq isə, Haşimilər sülaləsini təcəssüm etdirir.Edmund Midura, "Ərəb Dünyasının Bayraqları" , Saudi Aramco World-da, Mart/Aprek 1978, səhifələr 4–9Mahdi Əbdul-Hadi, "Palestine Facts: The Meaning of the Flag" (), passia.org

Britaniya, Osmanlı İmperiyası ilə vuruşan Haşimilər sülaləsinin müttəfiqi idi. Müharibə başa çatdıqdan sonra, Haşimilər qısa müddətə Ərəbistanın İordaniya hissəsində yerləşən Hicaz bölgəsinə, Böyük Suriyaya və İraqa hökmranlıq etmişdir.

Böyük Suriya 1920-ci ildə, yalnız bir neçə ay dəvam edən ömründən sonra süqut etdi. Haşimilər 1925-ci ildə Hicazda baş verən Səudlar sülaləsi tərəfindən tışkil edilmiş çevrilişdən, 1958-ci ildə isə İraqda baş verən çevrilişdən sonra bu ərazilərdə hökmranlıqlarını itirmiişdilər. Haşimilər sülaləsi İraqda və indiki Səudiyyə Ərəbistanındakı hökmranlığını itirsədə, İordaniyada indiyə kimi hakimiyyəti qalıblar.

Bayrağın 60 m x 30 m versiyası, Əqəbə bayraq dirəyində dalğalanır. Əqəbə bayraq dirəyi İordaniyanın Əqəbə şəhərində yerləşir və dünyanın ən uzun 6-cı bayraq dirəyidir.

Bayrağın təsviri Bayraq, ərəb milliyətçiliyinin dörd rəngini ehtiva edir: qara, ağ, yaşıl və qırmızı. Yuxarıdan aşağıya, qara, yaşıl və ağ rəngli 3 üfüqi zolaq var. Bayrağın sol hissəsində qırmızı rəngli bir üçbucaq yerləşir.

Həmçinin bax Səudiyyə Ərəbistanı bayrağı Fələstin bayrağı Hicaz Krallığı

İstinadlar

Xarici keçidlər britannica.com, Arab Revolt Flag ()

Kateqoriya:Ərəb üsyanı Kateqoriya:Tarixi bayraqlar Kateqoriya:Ərəb milliyyətçiliyi