Arsenopirit — mineral. Arsenopiritə eyni zamanda arsen kolçedanı da deyilir.
Xassələri Qatışıqları — Co, Cu, Au. Rəngi gümüşü-ağ, poladı-boz, qara arsında dəyişir. Cizgisi bozumtul-qaradır. Monoklinik sinqoniyada kristallaşır. Qısa prizmatik iynəşəkilli qrup formaları təşkil edir. Kristalları L2 üzrə cizgiləşmişdir. İkiləşmə {100} və {001} üzrə, bitişmə və daxil olma ikiləşmə {101} üzrə, xaçvari və ulduzvari üçlüklər isə {012} üzrədir. Ayrılma {101} üzrə mükəmməldir. Aqreqat: dənəvəri, çubuqvaridir. Parıltı metallik. Sərtliyi 5,5–6. Xüsusi çəki 5,9–6,3. Özünəbənzər minerallardan qalayı-boz rəngi, yüksək sərtliyi və çəkiclə əzərkən özünəməxsus qoxu verməsi ilə fərqlənir.
Əmələ gəlməsi Hidrotermal, paragenezislərini volfram, qalay, qurğuşun, sink, kvars, çöl şpatatları, karbonatlar, bəzən turmalin təşkil edir.
İşlədilməsi Kimya sənayesində arsen almaq üçün. kənd təsərüfatında zərərvericilərə qarşı, gön-dəri sənayesində də istifadə olunur.
Yataqları Rusiyada Uralda damarşəkillii qızıl yataqlarında, Orta Asiyada əhəngdaşları içərisində mövcuddur. Ən böyük yatağı İsveçdə Boliden yatağıdır. Burada arsenopirit qızılla birlikdə çıxarılır.
Qalereya
Həmçinin bax Arsenolit
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Xarici keçidlər
Kateqoriya:Sulfidlər (minerallar) Kateqoriya:Dəmirin mineralları Kateqoriya:Arsenin mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları