thumb|Ərəb milliyyətçiliyinin ən məşhur simvollarından biri olan bayraq, Osmanlıya qarşı olan üsyanda istifadə edilmişdir. Bayrağın dizaynı Pan-Ərəb rəngləridən istifadə edir. Bu rənglər bir çox ərəb ölkələrində istifadə edilmişdir. Ərəb milliyyətçiliyi () — Ərəblərin bir millət olduğunu və ərəb xalqının birliyini təbliğ edən, ərəb sivilizasiyasını, ərəb dilini və ədəbiyyatını qeyd edən, ərəb dünyasında cavanlaşma və siyasi birliyə çağırış edən millətçi ideologiya. Onun mərkəzi məqsədi Atlantik okeanndan Hind okeanına qədər ərəb dünyasının xalqları ümumi etnik, linqvistik, mədəni, tarixi, milliyyətçi, coğrafi və siyasi oxşarlıqları ilə ümumi bir millət yaratmaqdır.Sela, Avraam. "Arab Nationalism." The Continuum Political Encyclopedia of the Middle East. Ed. Sela. Nyu-York: Continuum, 2002. səh. 151 Ərəb millətçiliyinin əsas hədəflərindən biri ərəb dünyasında qərbin təsirinin sona çatmasıdır, ərəb gücünün "nemesisi" kimi qəbul edilən və bu ərəb hökumətlərinin qərb gücündən asılı olduğu hesab olunur. XX əsrin əvvəllərində Osmanlı İmperiyasının zəifləməsi və məğlubiyyəti ilə meydana gəlmişdir. Firkin təsiri Altıgünlük müharibədə ərəb ordusunun məğlubiyyətindən sonra azalmışdır."Adiid Dəvişa, Requiem for Arab Nationalism ", Middle East Quarterly (), Qış 2003Luiz Fausett, Çarls Smit, The Arab-Israeli Conflict, in International Relations in the Middle East (), səh. 220.

Ərəb millətçiliyinə əlaqədar olan şəxslər və təşkilatlara İraq kralı I Feysəl, Misir prezidenti Camal Əbdül Nasir, Ərəb Milliyyətçi Hərəkatı, Libya lideri Muəmmər Qəddafi, İraqda bir neçə il hakimiyyətə gələn və hazırda Suriyada haimiyyətdə olan Ərəb Sosialist BƏƏS Partiyası və onun qurucusu olan Mişel Əflaqı aid etmək olar. Ərəbçilik fikridə bu fikrə oxşar bir ideologiyadır. thumb|202x202px|Misir Prezidenti Əbdül Nəsir

Terminologiya Ərəblərin özləri bu anlayış anlayışı üçün iki sözdən birini istifadə edə bilərlər: "Kəvmiyyə" (, "qəbilə" mənasını verən bir sözdən gəlir və daha çox "qan millətçiliyi" deməkdir) və "Vətəniyyə" (, "vətən" mənasını verən bir sözdən gəlir və daha çox "torpaq millətçiliyi" deməkdir). Xalqın təyin olunması üçün, "Şaab" (, Şubiyyə). sözündən istifadə olunur. Buna görə də ərəb ölkələrində (məclis, ) ən yüksək nümayəndəlik orqanı "milli" (əl-vətani, ) və ya "xalq"dır (əş-şaab, ).

Tanınmış ərəb milliyyətçilər

Mütəfəkkirlər

Mişel Əflaq Corc Antonius Zəki ər-Arsuzi Camal ər-Atassi İzzət Dərvaza Corc Habaş Mustafa Sati bəy Ədnan Paçaçi Abd ər-Rahman ər-Kəvakibi Əmin ər-Reyhani Hamdin Sabahi Konstantin Züreyq

Milliyyətçi liderlər

Hüseyn ibn Əli əl-Haşimi (Məkkə Şərifi) Əbdül Rəhman Arif (İraq Prezidenti) Əbdül Salam Arif (İraq Prezidenti) Həfiz Əssəd (Suriya Prezidenti) Əhməd Həsən ər-Bəkir (İraq Prezidenti) Səlah Din Bitar (Suriya Baş Naziri) I Feysəl (İraq Kralı) Muəmmər QəddafiSela, Avraam. "Arab Nationalism." The Continuum Political Encyclopedia of the Middle East. Ed. Sela. Nyu-York: Continuum, 2002. səh. 154 (Libya Lideri) Rəşid Əli Qəylani (İraq Baş Naziri) Səddam Hüseyn (İraq Prezidenti) Əmin ər-Hüseyni (Yərüsəlim Böyük Müftisi) Camal Əbdül Nasir (Misir Prezidenti) Qəəfar Nimeyri (Sudan Prezidenti) Şühri Küveytli (Suriya Prezidenti) Əli Əbdullah Saleh (Yəmən Prezidenti) Əbdullah Sallah (Şimali Yəmən Prezidenti) Sayeb Salam (Livan Baş Naziri)

Həmçinin bax Ərəb üsyanı Ərəb üsyanı bayrağı Azərbaycan milliyyətçiliyi

İstinadlar

Xarici keçidlər Məhəmməd Yəhya tərəfindən, "Islamic critique of Arab Nationalism" (), Ər-Təhvid, Cild III, Nömrə 2, 1986. Martin Kramer tərəfindən "Arab Nationalism: Mistaken Identity" (), Daedalus, Yay 1993, səh. 171–206. Adiid Davişa tərəfindən "Requiem for Arab Nationalism" (), Middle East Quarterly (), Qış 2003, səh. 25–41. Məhəmməd Həsən Fədlalla tərəfindən "The Rise of Arab Nationalism in the Sudan" (), Codex Online S. A.

Kateqoriya:Ərəb dünyası Kateqoriya:Ərəb Dövlətləri Liqası Kateqoriya:Beynəlxalq münasibətlər Kateqoriya:Sosial hərəkatlar Kateqoriya:İdeologiyalar Kateqoriya:Politologiya terminologiyası