Hyu Hefner (; 9 aprel 1926, Çikaqo — 27 sentyabr 2017, Los-Anceles) — amerikalı naşir, "Playboy" jurnalının yaradıcısı və keçmiş şef-redaktoru.

Həyatı Hyu Hefner 1926-cı il aprelin 9-da Çikaqo şəhərində anadan olub. Atası alman və ingilis, anası isə isveç əsillidir. Hərbi xidmətdən sonra o, Urbana-Şampeyn İllinoys UniversitetininHugh M. Hefner Playboy Enterprises. Retrieved January 2, 2009. psixologiya fakültəsinə daxil olub.

Daha sonra "Esquire" jurnalının reklam şöbəsində işləməyə başlayıb. Pornoqrafiya jurnalı təsis etmək ideyası da məhz bu zaman yaranıb.

Hefner ilk dəfə "Playboy" jurnalını öz mətbəxində hazırlayıb. 1953-cü ildən etibarən nəşr olunmağa başlayan jurnalın birinci nəşrində Merilin Monronun çılpaq şəkilləri əks edilmiş və jurnal Hefnerin şəxsi pulu hesabına 50 000 tirajla buraxılmışdı.Hugh Hefner: The Ultimate Lifestyle Entrepreneur . Entrepreneurs.about.com. Retrieved on May 3, 2012.

Az sonra o dünyanın ən çox satılan kişi jurnalına çevrilib. Statistikaya görə, jurnalın ay ərzində 7 milyon nüsxəsi satılır.

Hyu Hefner 27 sentyabr 2017-ci ildə 91 yaşında vəfat edib.

İstinadlar

Xarici keçidlər

Hyu Hefner Biography.com saytında

Kateqoriya:ABŞ jurnalistləri Kateqoriya:Almanəsilli amerikalılar Kateqoriya:ABŞ isveçliləri Kateqoriya:Urbana-Şampeyn İllinoys Universitetinin məzunları Kateqoriya:Çikaqoda doğulanlar Kateqoriya:Los-Ancelesdə vəfat edənlər Kateqoriya:Jurnal təsisçiləri Kateqoriya:ABŞ redaktorları Kateqoriya:İngilis mənşəli ABŞ şəxsləri Kateqoriya:ABŞ iş adamları Kateqoriya:ABŞ kübarları Kateqoriya:İrlandəsilli amerikalılar Kateqoriya:ABŞ ateistləri Kateqoriya:İkinci Dünya müharibəsi