Ulduz Kəşfiyyat İdarəsi — Osmanlı sultanı II Əbdülhəmid tərəfindən 1880-ci ildə yaradılmış türk tarixinin ilk mütəşəkkil kəşfiyyat idarəsi.
Tarixi XIX əsrin sonlarında Osmanlı imperiyasının daxilində və imperiya xaricində baş verən hadisələr II Əbdülhəmidi birbaşa özünə tabe olan kəşfiyyat idarəsi yaratmağa sövq etdi. Bu cür hadisələrə öz vəziri də daxil olmaqla bir çoxlarının başqa dövlətlərin adından öz dövlətinə qarşı fəaliyyət göstərmələrini misal göstərmək olar. Bunun nəticəsində "Ulduz" Kəşfiyyat İdarəsi yaradıldı. "Ulduz" Kəşfiyyat İdarəsi digər idarələrdən fərqli olaraq, dövlətə yox, tək bir nəfərə bağlı şəkildə xidmət göstərirdi. İdarə bir müddət sonra Sultan II Əbdülhəmidin lehinə və əleyhinə fəaliyyət göstərənlər olmaqla iki yerə ayrıldı. İdarə ölkə daxilində, xüsusilə də erməni komitəçilərə qarşı kəşfiyyat fəaliyyətləri aparmaqla məşğul olurdu. Bununla yanaşı ölkə xaricində də yaxşı təşkilatlanmışdırlar. İdarə mənsubları Paris, Roma, London kimi müxtəlif mərkəzlərdəki şəxsləri və qurumları yaxından izləyirdilər. Çox qısa müddət ərzində geniş əraziyə yayılan xəfiyyələri sayəsində saraya hər ay 3000-dən çox jurnal gəlirdi. İdarənin fəaliyyəti 1908-ci ildə Sultan II Əbdülhəmidin taxtdan endirilməsinə qədər fəaliyyətini davam etdirdi. Osmanlı sultanının yaratdığı idarəsinin öz dövründə kəşfiyyat məlumatları əldə etmə və casusluq etməsindən ona qarşı istifadə edənlərə öz xatirələrində bu idarənin yaradılma məqsədləri haqqında belə demişdir:
"Ulduz" Kəşfiyyat İdarəsində Sultan II. Əbdülhəmidin şəxsən etibarını qazanmış olan şəxslər vəzifəyə təyin edilmişdi. Kəşfiyyatçılar içərisində hər rütbədən və hər səviyyədən ad çıxarmış və ya o qədər nüfuzu olmayan şəxslər də vardı. Təşkilatda generallar, admirallar, valilər, hakimlər, professorlar, həkimlər, müəllimlər, jurnalistlər və başqa peşə sahibləri olmaqla 990 cəsus və 23 cəsus mərkəzi fəaliyyət göstərirdi. Rəsmi kəşfiyyatçıların diqqətini daha çox cəlb edən şəxslər sədr-əzəmlər idi. Sultan II Əbdulhəmidin səltənətinin ikinci yarısında cəsus qorxusundan, insanların üçüncü bir şəxs olan yerlərdə söhbət etməsi mümkünsüz bir hal almışdı və Avropaya qaçanların sayı artmışdı. Sultan II Əbdulhəmid, Kəşfiyyat İdarəsini ümumi və hərbi kəşfiyyatın əleyhinə daha da təkmilləşdirmişdi.
İdarə ləğv edildikdən sonra yüz minlərlə kəşfiyyat məlumatı saraydan alınaraq yandırıldı.
Ulduz Kəşfiyyat İdarəsi barədə seçilmiş əsərlər center|thumb|278x278px| Türk Kəşfiyyat Tarixi: Ulduz Kəşfiyyat İdarəsi və Təşkilati-Məxsusədən MİT-əcenter|thumb|318x318px| II Əbdülhəmidin Xəfiyyə Təşkilatı
Həmçinin bax Osmanlı imperiyası Sultan II Əbdülhəmid Təşkilat-i Məxsusa Milli Kəşfiyyat Təşkilatı (Türkiyə) İttihad və Tərəqqi
Xarici keçidlər 136 yıldır çözülemeyen sır; Yıldız İstihbarat Teşkilatı Yrd. Doç. Dr. İlknur Haydaroğlu. II. Abdulhamit'in Hafiyye Teşkilatı hakkında bir risale//Tarih Araştırmaları Dergisi, XIX/30, Ankara, 1998. s.109–133 MİT Tarihcesi — Türkler'de İstihbarat
İstinadlar Kateqoriya:Osmanlı imperiyası Kateqoriya:Kəşfiyyat və əks kəşfiyyat idarələri Kateqoriya:Türkiyənin xüsusi xidmət orqanları