Hadisələr Yanvar 15 yanvar: Qarabağ general-qubernatorluğunun yaradılması və Xosrovpaşa bəy Sultanovun Qarabağ general-qubernatoru təyin edilməsi. Azərbaycan Xalq Cümhuriyyətinin Silahlı Qüvvələri Baş Qərargahının təşkil edilməsi. 18 yanvar—28 iyun — Paris Sülh Konfransının keçirilməsi. Əmək Nazirliyinin fəaliyyətə başlaması.

Fevral 5 fevral — Quba məsələsi 25 fevral — Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinetin öz fəaliyyətini dayandırması. 28 fevral — Naxçıvan general-qubernatorluğunun yaradılması.

Mart Bakıda türk (Azərbaycan) dilində ilk böyük kitabxananın açılması. Ərəb əlifbasından latın əlifbasına keçmək üçün parlament komissiyasının yaradılması. Milanda faşistlərin ilk toplantısının keçirilməsi.

Aprel 14 aprel — Nəsib bəy Yusifbəylinin başçılığı ilə Xalq Cümhuriyyətinin 4-cü hökumətinin təşkil edilməsi. 25 aprel — Azərbaycanın cənub bölgəsində bolşeviklər tərəfindən qızışdırılan rus əhalisinin Xalq Cümhuriyyətinə qarşı qiyama başlaması.

May 2 may — Azərbaycan məsələsinin ilk dəfə Böyük Britaniya, ABŞ, Fransa və İtaliya dövlət başçılarının görüşündə müzakirə edilməsi. 28 may — Azərbaycan Paris sülh konfransında iştirak edən nümayəndə heyətinin ABŞ prezidenti V. Vilson tərəfindən qəbul edilməsi. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Arbitrajın yaradılması.

İyun 11 iyun — Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən xüsusi xidmət orqanının - "Əksinqilab ilə Mübarizə Təşkilatı"nın yaradılması. 16 iyun Azərbaycan ilə Gürcüstan arasında Denikin təhlükəsinə qarşı hərbi-müdafiə müqaviləsinin bağlanması. Azərbaycan Respublikası ilə Rumıniya (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 11-də tanıyıb) arasında diplomatik münasibətlərin yaradılması 26 iyun — Araz-Türk Respublikasının süqutu. 28 iyun — Almaniya ilə Versal sülh müqaviləsinin imzalanması. Azərbaycan Xəzər Donanmasının yaradılması.

İyul 23 iyul — Muğan Sovet Respublikasının ləğv olunması. 31 iyul — Xalq Müvəkkillər Şurasının qərarı əsasında Veymar şəhərində Müəssislər Məclisi tərəfindən Almaniya Respublikasının Konstitusiyasının təsdiq edilməsi.

Avqust 1 avqust — Macarıstan Sovet Respublikasının süqutu. 9 avqust — Böyük Britaniya-İran sazişinin bağlanması. 23 avqust — Lənkəran əməliyyatı

Sentyabr 1 sentyabr — Azərbaycan parlamenti tərəfindən Bakı şəhərində Universitet açılması barədə qahuh qəbul edilməsi. Bakı Dövlət Universitetinin yaradılması. 10 sentyabr — Antanta ölkələri ilə Avstriya arasında Sen-Jermen sülh müqaviləsinin imzalanması. 15 sentyabr — Bakı Universitetinin işə salınması 30 sentyabr — Bakıda Dövlət Bankının açılması.

Noyabr 23 noyabr — Tiflisdə Azərbaycan və Ermənistan tərəfdarları arasında baş verən bütün münaqişələrə son qoyulmasını və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması. 27 noyabr — Antanta ölkələri ilə Bolqarıstan arasında Neyi sülh müqaviləsinin imzalanması. Fransada Milli blokun yaradılması.

Dekabr 7 dekabr — "İstiqlal" muzeyinin açılışı. 24 dekabr — Nəsib bəy Yusifbəylinin hökumət kabinetinin yaratması. 29 dekabr — "Müsəlman Şərqini Öyrənən Cəmiyyət"in yaradılması.

Almaniyada Nasist (Almaniya nasional-sosialist fəhlə partiyası) partiyasının yaradılması.

Doğumlar 7 fevral — Tofiq Tağızadə, Azərbaycan kinorejissoru. 20 fevral — Zahid Vəlibəyov, SSRİ-nin Fəxri Energetiki, Azərbaycan SSR-in Əməkdar Mühəndisi. 3 mart — Hacıbaba Hüseynov, Azərbaycan xanəndəsi. 20 aprel — Əhməd Abasquliyev, psixiatriya sahəsində Azərbaycan alimi, tibb elmlər doktoru (1959), professor (1960), Azərbaycan SSR əməkdar elm xadimi (1990). 7 may — Soltan Hacıbəyov, Azərbaycan bəstəkarı. 20 iyul — Edmund Hillari, Everestin zirvəsini fəth etmiş ilk insan. 26 dekabr — Əminə Dilbazi, Azərbaycan rəqqasəsi

Ölümlər 6 yanvar — Teodor Ruzvelt, Amerika Birləşmiş Ştatlarının 26-cı prezidenti 13 mart — İvan Bubnov 20 iyun — Tivadar Kostka Çontvari, Macar rəssamı 15 iyul — Emil Fişer, Alman fiziki Avaz Otar Adolf Qurviç

Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri