Ruhulla Əli oğlu Axundov () — Azərbaycan-sovet dövlət və partiya xadimi, publisist, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi (1924–1926). Azərbaycan dilinin elmi terminologiyasını işləyib hazırlayıb. Latın əlifbasına keçidin qızğın tərəfdarlarından və təşkilatçılarından biri olub. Marksın əsərlərini Azərbaycan dilinə ilk dəfə Ruhulla Axundov tərcümə edib.

Həyatı Ruhulla Əli oğlu Axundov -ci ildə Bakı quberniyasının Şüvəlan kəndində müəllim ailəsində anadan olmuşdur. 1901-ci ildə, 4 yaşında atası vəfat etdiyi üçün bacılarının himayəsində yaşamışdır. İlk təhsilini

Azərbaycan SSR xalq artisti Nəcibə Məlikovanın dayısıdır.

Həbsi və ölümü Ruhulla Axundov Stalin repressiyalarının qurbanı olmuşdur. O, əks-inqilabi milliyyətçi təşkilatın üzvü olduğu ittihamı ilə 17 dekabr 1936-cı ildə daxili işlər orqanları tərəfindən Bakı şəhərində həbs edilmişdir. 26 yanvar 1937-ci ildə Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası sıralarından xaric edilmişdir. Sonradan İngiltərə, Almaniya və Türkiyə xeyrinə casusluqda, həmçinin üsyan qərargahının təşkilində və Kliment Voroşilova qarşı uğursuz sui-qəsdin hazırlanması ilə təqsirləndirilmişdir.

İstintaq dövründə işgəncələrə məruz qalaraq ittihamları etiraf etməyə məcbur edilmişdir. 21 aprel 1938-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası tərəfindən barəsində güllələnmə hökmü çıxarılmışdır. Ruhulla Axundov elə həmin gün Moskva şəhərində, "Kommunarka" poliqonunda güllələnmiş, orada da dəfn edilmişdir.

7 dekabr 1955-ci ildə SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının qərarı ilə ona ölümündən sonra bəraət verilmişdir.

İstinadlar

Mənbə Ruhulla Əli oğlu Axundov

Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycan SSR xalq maarifi komissarları Kateqoriya:Azərbaycan inqilabçıları Kateqoriya:Azərbaycan kommunistləri Kateqoriya:RSFSR-də güllələnənlər Kateqoriya:Azərbaycan ateistləri Kateqoriya:SSRİ-də repressiya qurbanları Kateqoriya:Edam olunmuş siyasətçilər Kateqoriya:Edam olunmuş azərbaycanlılar Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibləri Kateqoriya:Azərbaycan Dövlət Nəşriyyatının direktorları Kateqoriya:"Xalq qəzeti"nin ("Kommunist") baş redaktorları Kateqoriya:Ümumittifaq Kommunist (bolşeviklər) Partiyası Zaqafqaziya Diyar Komitəsinin üçüncü katibləri Kateqoriya:Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin VIII çağırış üzvləri Kateqoriya:"Qırmızı ulduz" ordeni ilə təltif edilənlər Kateqoriya:ÜİK(b)P-nin XVII qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XVI qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XV qurultayının nümayəndələri Kateqoriya:ÜİK(b)P-nin XIV qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XIII qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin XII qurultayının nümayəndələri Kateqoriya:Rusiyada vətəndaş müharibəsi iştirakçıları Kateqoriya:RK(b)P-nin XI qurultayının nümayəndələri Kateqoriya:RK(b)P-nin X qurultayının nümayəndələri Kateqoriya:Bolşeviklər Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:SSRİ-də repressiyaya uğramış mədəniyyət və incəsənət xadimləri