Vaqan Dərbət Aran — Yuxarı Qarabağın Xacın nahiyəsində kənd adı.
Toponim XIII əsrdə gəlmiş monqol mənşəli Dərbət tayfası Qarabağda məskunlaşdıqda iki Dərbət adlı kənd yaranmışdı. Onlardan biri Dərbət-Aran (yəni Aran kəndi yaxınlığında Dərbət kəndi), digəri isə Cinli-Dərbətli (yəni Cinli kəndi yaxınlığında Dərbət kəndi) adlandırılmışdır. Daha sonra Dərbət-Aran kəndindən Daş-Dərbət Aran və Vaqan Dərbət Aran kəndləri yaranmışdır. Bax: Aran və Aran-Daş.
Ədəbiyyat Yüzbaşov R. Azərbaycanın coğrafi terminləri. Bakı, 1966.
İstinadlar
Kateqoriya:Qarabağ