Azər Zahid () — televiziya aparıcısı və media rəhbəri.
Həyatı Azər Zahid İsmayilov 1980-ci ildə dekabr ayının 16 – da anadan olub. Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra, 1997-ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə və Telekommunikasiya fakültəsinə daxil olub. 2001-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1 ay müddətində hərbi təlimləri mənimsəyərək uğurla imtahandan keçərək Hərbi Leytenant rütbəsinə yiyələnmişdir. 2001-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətə çağırılmışdır. 2001-ci ildən 2004-cü ilə kimi Zabit rütbəsi vəsifəsində çalışmışdır. Ailəlidir, bir qız övladı var.
Fəaliyyəti 2004-cü ildə özəl telekanallardan birində ANS televiziyasında radioda fəaliyyətə balamış, 2005-ci ildən isə adı çəkilən telekanalda tv proqramda canlı yayıma çıxmaqla gənclər üçün proqram hazırlayır. X-missiya, X-dans, X-xəbər proqramlarının müəllifi və rəhbəri olur. 2006-cı ildə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən Var gücü ilə adlı telelayihədə 1-ci yerə layiq görülüb. 2007-ci ildə Azad Azərbaycan TV telekanalında yeni layihəyə başlayır. Azərbaycan teleməkanında maraqla izlənilən Performans layihəsinin müəllifi və rəhbəri vəzifəsinə keçir. Bundan başqa Azad Azərbaycan TV telekanalında Bizdən-sizə adlı gənclər üçün proqramın eyni zamanda da Sirli Avrasiya proqramının layihə rəhbəri vəzsifəsində çalışmağa başlayır. 2008-ci ildə telekanaldan öz istəyi ilə çıxaraq Amedia – group şirkətini yaradır. Amedia group media şirkəti olaraq, Xəzər TV televisiyasında Dünya səyahəti Eldən-Elə proqramının istehsalına və yayımına müəllif və rəhbər olaraq başlayır. AMEDİA group olaraq bir çox layihələri istehsal edərək, bir neçə kanalda yayım hüququ qazanır. Bunlara misal olaraq Top Ulduzlar reality şousu, dünya ölkələrində yayımlanan lisenziyalı Yoxlama layihəsi, Şanslı masa yumoristik, maarifləndirən, eyni zamanda, tamaşaçıları qazandıran layihə, Biraz şou əyləncəli televiziya layihələri. 2017-ci ildə Maşın realiti şousunda iştirak edib.
Həbsi 2024-cü ilin dekabr ayında "TikTok"da əyləncə yarışları təşkil edərək əxlaqsızlığı təbliğ etməkdə şübhəli bilinən şəxslərə qarşı görülən tədbirlər çərçivəsində saxlanılıb.
Azər Zahidə qarşı cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırma, qumar oyunları təşkil etmə və başqa maddələrlə ittiham irəli sürülüb və o, 4 aylıq həbs olunub. 2025-ci ilin aprelində həbs müddəti daha 3 ay uzadılıb.
2025-ci ilin iyul ayında ev dustaqlığına buraxılıb. 2026-cı ilin yanvarında haqqında cinayət işinə xitam verilib.
İstinadlar
Kateqoriya:Azərbaycanın televiziya aparıcıları Kateqoriya:Azad Azərbaycan TV-nin jurnalistləri