Polşa Coğrafiya Cəmiyyəti () — Polşa Respublikasının coğrafi sahədə fəaliyyət göstərən ən böyük ictimai təşkilatı. Mərkəzi qərargahı Varşava Universitetinin Coğrafiya fakültəsinin binasında yerləşir.
Tarixi Cəmiyyətin əsası 1918-ci ildə coğrafiya elminin inkişafını təşviq etmək üçün Varşavada qoyulmuşdur.
Cəmiyyətin yaradıcısı Polşa geoloqu Karol BoqdanoviçdirBOQDANOVİÇ Karol . ensiklopediya.gov.az .
İlk qurultayı 1921-ci ilin avqustunda Kielse şəhərində keçirilmişdir.
Fəaliyyəti Cəmiyyət coğrafiya sahəsində elmi, dinaktik və populyar fəaliyyət həyata keçirir. Mütəmadi olaraq, yığıncaqların və elmi konfransların, elmi ekspedisiyaların, ali məktəb tələbələri üçün olimpiadaların, mühazirələrin və populyar ekskursiyaların keçirilməsini təşkil edir.
Üzvləri Polşa Coğrafiya Cəmiyyətinin 2006-cı ildə üzvləri 23 şöbə üzrə ümumilikdə təxminən 1400 nəfər idi.
Həmçinin bax Coğrafiya cəmiyyətlərinin siyahısı
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1918-ci ildə yarananlar Kateqoriya:Polşa təşkilatları Kateqoriya:Polşada elm və texnologiya Kateqoriya:Coğrafiya cəmiyyətləri