Abakan silsiləsi — Rusiya Federasiyasında Xakas Respublikası ərazisindədir..
Qərbi Sibirin cənub-şərqində, Kuznetsk Alatausunun cənub davamı və Abakan və Tom çaylarının suayrıcıdır. Tom çayının mənbəyindən Teles çayınadək təqribən 300 km məsafədə uzanır. Hündürlüyü 1894 metrədəkdir. Yamacları 1700-1800 metrədək iynəyarpaqlı tayqa meşələri ilə örtülüdür; yuxarıları dağlıq tundra və Alp çəmənlikləridir.
İstinadlar
Kateqoriya:Rusiya coğrafiyası Kateqoriya:Dağ silsilələri Kateqoriya:Rusiya sıradağları