thumb Azərbaycan Milli Hökuməti ( AMH; , ) və ya 21 Azər Hərəkatı — 1945-ci ilin 12 dekabrından 1946-cı ilin dekabr ayına qədər Cənubi Azərbaycanda fəaliyyət göstərmiş sosialist hökumət. AMH-nin paytaxtı Təbriz şəhəri olmuşdur. Cəmi bir il mövcud olmasına baxmayaraq, AMH tarixdə ikinci dəfə Cənubi Azərbaycanda müstəqil müasir milli dövlətçilik cəhdi olmuşdur.1945–1946-cı illərdə mövcud olmuş Milli Hökumətin ana dili siyasəti

SSRİ qoşunlarının İrana daxil olması İran müharibədə neytral mövqedə qalacağını bəyan etsə də, Almaniya ilə strateji əməkdaşlıq xəttini davam etdirirdi. Almaniya İranın xarici ticarətində ikinci yeri tuturdu. İrandan benzin və digər neft məhsulları qeyri-qanuni yollarla Almaniyaya aparılırdı.

Almanlar İranın dövlət müəssisələri və hərbi idarələrində mühəndis, texnik, məsləhətçi adları altında öz hərbi və xüsusi idarələrinin nümayəndələrini yerləşdirir, Təbriz, Maku, Xoy, Miyanə, Mərənddəki firmalarında xüsusi xidmət orqanları işçilərinin sayını artırırdılar. Almaniyanın müharibənin ilk illərindəki qələbəsi İranda almanpərəst meyli gücləndirirdi. Bu ölkənin rəhbər dairələrində SSRİ məğlub olarsa, "Zaqafqaziya və Orta Asiyanın 16 şəhərinin" İrana birləşdirilməsi barədə planlar qurulurdu."Azərbaycan məktəbi" 1946, səh 5–55

Nasist Almaniyasının SSRİ-yə hücumundan sonra, 1941-ci ilin iyun-iyul aylarında Sovet İttifaqı İrana üç xəbərdarlıq notası vermiş, həmin ilin iyun ayında Britaniya xarici işlər naziri İranın səlahiyyətli nümayəndəsi qarşısında "almanların İrandakı şübhəli fəaliyyətinə" son qoyulması tələbini irəli sürmüşdü. İyulun 19-da Britaniya Nazirlər Kabineti İranın cənubuna daxil olmaq barədə qərar qəbul etmişdi. Beləliklə İngilis-Sovet qoşunlarının İrana müdaxiləsi üçün zəmin yarandı.

Dövlət Müdafiə Komitəsinin qərarı ilə sovet qoşunları 1921-ci il 26 fevral tarixli Sovet-İran müqaviləsinin altıncı maddəsinə əsasən, 1941-ci il avqustun 25 — də gecə saat 2-də İran sərhədini keçərək, Ərdəbil və Təbriz istiqamətində irəlilədilər.Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР. Юбилейный стат. ежегодник. Баку, 1972, стр.246–247. Hərbi əməliyyatlarda Naxçıvandan Xəzərin cənubuna doğru bütün istiqamətlərdən SSRİ sərhəd qoşunları, 44-cü (tərkibində 77-ci Azərbaycan və 20-ci diviziyalar) və 47-ci ordular, Xəzər donanması, Zaqafqaziyadakı 8-ci aviakorpus, Yevlaxdakı 132-ci aviadiviziya iştirak edirdilər.Народное образование, наука и культура в Азербайджанской ССР. Стат. сборник. Баку, 1975, стр.86

Sovet qoşunları ilə bir vaxtda İranın cənub və qərbindən ingilis qoşunları da ölkəyə daxil oldu. Sovet ordu hissələri avqustun 26-da Təbriz və Ərdəbilə, avqustun 30-da Zəncana, avqustun 31-də Qəzvinə girdilər. Sentyabrın 17-də sovet, sentyabrın 18-də isə ingilis qoşunları Tehrana daxil oldular. Sovet ordu hissələri Uşnu-Miyandab-Zəncan-Qəzvin-Babol-Zirab-Semnan-Şahrudda, şərqdə isə Əliabadda yerləşdilər. İngilis qoşunları Xanəkin-Kermanşah -Xürrəmabad-Məscede-Süleyman-Rame-Hörmüz-Bəndər-Deyləm xəttindən cənub və qərbə doğru olan ərazini tutdular.

Azərbaycandan gedən xüsusi qrup Sovet qoşunlarının İranda keçirdiyi sonrakı hərbi əməliyyatlarda Azərbaycan SSR-dən xüsusi bir qrup iştirak etmişdi.Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР, стр.249Cənubi Azərbaycanda sovet təsirini yaymaq məqsədilə 1941-ci il sentyabrın 21-də İran dövlətinin Azərbaycan ərazisində Azərbaycan SSR-dən səfərbər edilmiş partiya, sovet, hüquqmühafizə, təsərrüfat və mədəniyyət işçilərindən ibarət qrup Azərbaycan Kommunist Partiyası MK-nın üçüncü katibi, Təbrizdəki 47-ci ordunun Hərbi Şurasının üzvü Ə. M. Əliyevin rəhbərliyi ilə fəaliyyətə başladı.Отчетный доклад ЦК КПСС XX съезду партии. М., 1956, стр.94. 8 Bu qrupa Süleyman Rəhimov, Mirzə İbrahimov, Mustafa Quliyev və b. daxil idi."Azərbaycan müəllimi" qəzeti, 23 avqust 1959-cu il.

Azərbaycanın maddi yardımı 1941-ci ilin sonuna qədər Bakıdan — Respublika fondundan yardım olaraq Cənubi Azərbaycana 2548 ton qənd, 1371 ton un, 1814 ton buğda, 1494053 metr parça və ümumi dəyəri iki milyon manatlıq digər mallar göndərildi.История Азербайджана. Т. 3, ч. II, стр.302.

Cənubi Azərbaycanda quruculuq Cənubi Azərbaycanda fəaliyyət göstərmiş alman firmalarının əmlakı müsadirə edilib, SSRİ-yə göndərildi.

Mətbuat, redaksiya qrupu 1941-ci il oktyabrın 11-dən ərəb əlifbası ilə Azərbaycan dilində "Vətən yolunda" qəzetinin nəşrinə başladı.Azərbaycan Respublikası Siyasi Partiyalar və İctimai Hərəkatlar Dövlət Arxivi — ARSPİHDA, f. 1, səh.206, i. 98, 68.Urmiyədə Azərbaycan dilində "Qızıl əsgər" (redaktoru Zülfəli İbrahimov) və Rəştdə fars dilində "Sərbaz-e sorx" ("Qızıl əsgər") (redaktoru Xasay Vəzirov) ordu qəzetləri buraxılırdı.Рзаев А.К. Очерки истории высшего педагогического образования в Азербайджане. Баку, 1966, стр.158.

Azərbaycandan gəlmiş həkimlər əhaliyə tibbi yardım göstərir, sanitariyagigiyena sahəsində izahat işləri aparır, malyariyaya qarşı geniş tədbirlər həyata keçirirdilər.История Азербайджана. Т. 3, ч. II, стр.224 Sovet-İran mədəni əlaqələrinin inkişafında Azərbaycan Respublikasının mədəniyyət xadimləri mühüm rol oynayırdılar. İrana qastrol səfərinə gəlmiş ilk sovet incəsənət kollektivlərindən biri — M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı Ü. Hacıbəyovun "Koroğlu", "Leyli və Məcnun", "Əsli və Kərəm", M. Maqomayevin "Şah İsmayıl" operalarını, Ü. Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasını tamaşaçılara göstərmişdilər. Qastrolların müvəffəqiyyətlə keçməsində rejissor İsmayıl Hidayətzadənin, dirijor Niyazinin, balet ansamblının rəhbəri Qəmər Almaszadənin, artistlərdən Bülbülün, Əlövsət Sadıqovun, Həqiqət Rzayevanın böyük əməyi olmuşdu.Культурное строительство Азербайджанской ССР. Стат. сб. Баку, 1961, стр.66–67. 1941-ci il oktyabrın 26 — da SSRİ xalq artisti Şövkət Məmmədova təbrizlilər qarşısında geniş konsertlə çıxış etmiş, 1942-ci il fevralın 20-dən aprelin 9-dək Rəşid Behbudovun İran qastrolları uğurla keçmişdi.16 Bakı kinostudiyasının istehsalı olan "Kəndlilər", "Bakılılar", "T9" sualtı qayığı" bədii, "Ordenli Azərbaycan", "Əbədi Odlar ölkəsi" sənədli və "Zoya", "O, Vətəni müdafiə edirdi", "217 №-li adam" dublyaj filmləri nümayiş etdirilmişdi.Алимирзоев Х.О. Азербайджанский Государственный Университет. За 50 лет. Баку, 1969, стр.158, 159, 160, 434.

Dərhal sosialist xarakterli islahatlar başladı, islahatlardan biri də Azərbaycan dilinin muxtariyyət ərazisində dövlət dili elan olunması ilə bağlı idi. Paralel olaraq, iki Azərbaycan arasında mədəni əlaqələr güclənirdi, Təbriz KİV-i isə SSRİ-nin müsbət və son dərəcə cazibədar obrazını yaradırdı. Yerli azərbaycan dili fars ünsürlərindən süni şəkildə təmizlənirdi, əvəzində çoxlu rus sözləri də daxil edilməyə başlandı.Yaddaş müharibəsi: Zaqafqaziyada miflər, identiklik və siyasət V. A. Şnirelman, səh 140–141

SSRİ-Böyük Britaniya-İran müqaviləsi 1942-ci il yanvarın 29-da Tehranda SSRİ-Böyük Britaniya-İran arasında ittifaq müqaviləsi bağlandı. Həmin ilin martında Azərbaycandan İrana göndərilmiş siyasi işçilərin əksəriyyəti geri çağırıldı. 1942-ci ilin ortalarında burada Bakı missiyasından cəmi 84 nəfər qalmışdı.Культурное строительство Азербайджанской ССР, стр.66. Aprel ayında "Vətən yolunda" qəzetinin nəşri dayandırıldı."Бакинский рабочий" qəzeti, 14 iyun 1951-ci il. 1943-cü il noyabrın 28-dən dekabrın 1-dək ABŞ, SSRİ və Böyük Britaniya dövlət başçılarının Tehran konfransında qəbul edilmiş "İran haqqında Bəyannamə"də bütün tərəflər bu dövlətin ərazi bütövlüyünün qorunub saxlanmasına tərəfdar olduqlarını bildirdilər.Azərbaycan Respublikası Təhsil Nazirliyinin Arxivi. 1970-ci il hesabatı, v. 201.

Bundan sonra SSRİ İrandakı fəaliyyətinin miqyasını bir qədər azaltdı.

SSRİ-nin Cənubi Azərbaycan məsələsinə diqqəti yenidən artırması 1944-cü ilin əvvəllərində beynəlxalq aləmdə və İranda yaranmış vəziyyətlə əlaqədar Sovet İttifaqı yenidən Cənubi Azərbaycan məsələsinə diqqəti artırdı.

SSRİ XKS 1944-cü il martın 6-da "Cənubi Azərbaycan əhalisinə iqtisadi və mədəni yardımın gücləndirilməsi tədbirləri haqqında" məsələ müzakirə edərək, əhəmiyyətli qərar qəbul etdi. Qərarda siyasi işçilərin tərkibində, diplomatik orqanlarda çalışan konsul, vitse-konsul və konsulluğun katibi vəzifələrində, Tehrandakı Sovet səfirliyi və ticarət nümayəndəliyində çalışan azərbaycanlıların sayını artırmaq, həftədə üç dəfədən az çıxmamaqla"Azərbaycan dilində ordu qəzeti nəşr etmək", Təbrizdə pulsuz "Azərbaycan dilində təhsil verən onillik məktəb", "məktəbdə kitabxana — oxu zalı", Cənubi Azərbaycan yazıçı və şairlərinin əsərlərinin nəşri və əhali arasında yayılması məqsədilə avadanlıqla yaxşı təchiz olunmuş "Təbriz" mətbəəsi açmaq, may-iyun aylarında Azərbaycan Dövlət Dram Teatrının Cənubi Azərbaycan şəhərlərinə qastrolunu təşkil etmək, "Təbrizdə corabtrikotaj fabriki", "Təbriz rayonunda nümunəvi aqrotexniki stansiya" yaratmaq kimi əhəmiyyətli məsələlər öz əksini tapmışdı.Народное хозяйство Азербайджанской ССР к 70-летию Великого Октября. Юбилейный стат. ежегодник. Баку, 1987, стр.207.

Qərara uyğun olaraq, 1944-cü il martın əvvəllərində azərbaycanlılara Cənubi Azərbaycanda çalışmaları üçün siyasi işçilər üzrə 33, ticarət müvəkkilliyi üzrə 11, diplomatik idarələr üzrə 14, qəzetin nəşri üzrə 27 yer ayrılmış və ümumi rəhbərlik H. M. Həsənova tapşırılmışdı. 1944-cü ilin yaz və yayında Azərbaycandan Cənubi Azərbaycana 620 nəfərdən çox müxtəlif işçilər göndərilmiş və daha 375 nəfər səfərbər edilmişdi. Mühüm tapşırıqla gedənlərin qarşısında duran əsas vəzifə Arazın o tayındakı azərbaycanlıların milli özünüdərk hissini artırmaq, onların tək olmadığını, sərhədin şimal tərəfində qardaşlarının yaşadığını təbliğ etmək idi.История Азербайджана. Т. 3, ч. II, стр.226; Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР, стр.262.

İkiillik fasilədən sonra 1944-cü il aprelin 10-da "Vətən yolunda" qəzeti yenidən nəşrə başladı və onun nəşri 1946-cı il mayın 1-dək davam etdi (bütövlükdə, 1941–1946-cı illərdə qəzetin 406 nömrəsi nəşr olunmuşdu. M. İbrahimov, H. Şahgəldiyev və R. Quliyev onun baş redaktoru olmuşlar).История Азербайджана. Т. 3, ч. II, стр.228.

İçməli su olmadığı üçün Bakıdan 1944-cü il mayın 11-də Qəzvinə qazma qurğusu, boru və 33 qazmaçıdan ibarət briqada göndərildi. Qəzvində 4, Təbrizdə 8 su quyusu qazıldı.Народное образование, наука и культура в Азербайджанской ССР. Стат. сб. Баку, 1975, стр.192, 194–195 1944-cü ilin yaz-yay aylarında "Təbriz" mətbəəsinin yaradılması və fəaliyyəti üçün ərəb və kiril əlifbası ilə işləyən mətbəə maşını, 30 ton kağız, kitablar, mebel, dəmir sobalar, yağlı boya, makina və hər ay 400 litr benzin və s. göndərildi.Культурное строительство Азербайджанской ССР, стр. 124–125; Народное хозяйство Азербайджанской ССР к 70 — летию Великого Октября, стр.226.Azərbaycan SSR hökuməti Təbriz nümunəvi aqrotexniki stansiyasının yaradılması üçün 15 traktor, 5 maşın, toxumçuluq laboratoriyası üçün avadanlıq, 50 nəfərlik yeməkxana üçün inventar ayırdı.История Азербайджана. Т. 3, ч. II, стр.229. SSRİ XKS 1944-cü il iyunun 24-də Təbrizdə Azərbaycan dilində orta məktəbin açılması haqqında qərar qəbul etdi. C. Ələsgərovun direktor olduğu, 36 nəfər müəllim və inzibati-təsərrüfat işçisindən ibarət bu məktəbdə dərslər noyabrın 1-də başlandı.Народное хозяйство Азербайджанской ССР к 50-летию СССР, стр.263.

1944-cü il sentyabrın 3-də Təbrizdə sovet xəstəxanası (baş həkim S. Səmədov) açıldı. Hər gün 150 xəstəyə tibbi xidmət göstərən xəstəxanada 20 çarpayılıq stasionar, cərrahlıq, daxili xəstəliklər, göz, ginekologiya şöbələri var idi. Xəstəxananın nəzdində diş və dəri, zöhrəvi xəstəliklər də daxil olmaqla, hər cür xəstə qəbul edən poliklinika da fəaliyyət göstərirdi. Burada rentgen, prosedura kabinetləri, palçıq müalicəxanası, laboratoriyalar, həmçinin aptek yerləşirdi.Культурное строительство Азербайджанской ССР, стр.114–115.