Ploniya (, ) — Polşanın şimal-qərbində çay.

Coğrafiya Polşanın şimal-qərbində çay. Cənubi Pomorsk əyalətinindən axaraq Dombe gölünə tökülür. Çayın uzunluğu 72,6 km, hövzəsinin sahəsi isə 1171,2 km²-dir. Çay başlanğıcını Barlinek şəhərindən 1.5 km məsafədə yerləşən Barlinek-Qorjuv landşaft parkında yerləşən Mıslibor gölündən götürür. Demək olar ki, mənbəni keçən kimi Barlin gölü və Barlinek şəhəri başlayır. Şimal-qərb istiqamətində axaraq o, Plon və Medve göllərini yuyur. Yuxarı axarlarında çay sürətli axır, Plon gölü sahillərində artıq sürəti azalır. Plon və Medve gölləri arasında çay kanallaşdırılıb. Medve gölünə o cənub-şərq istiqamətdə, gölün ortasından isə qərbdən axır. Charakterystyka rzek województwa zachodniopomorskiego

Həmçinin bax Polşa

İstinadlar

Kateqoriya:Polşa çayları