() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Qafqazda və Azərbaycanda təbii halda bitir.

Botaniki xarakteristikası Yarpağını tökən koldur. Kolları qısa budaqlıdır. Yarpağı seyrək tüklü, azca əyilmiş, 2-3,5 sm uzunluqda olub, tikanlıdır. Yarpaqcıqların miqdarı 3-4 cüt olub, xətvari, 8–16 mm uzunluqda, 1–2 mm enindədir. Tikanların ucu şişdir. Birillik budaqların üzərindəki yarpaqların qoltuğunda 3 çiçəkdən ibarət, başcıq formalı çiçək qrupu əmələ gətirir. Çiçəkaltlığı xətvarı, 7- uzunluğunda olur. Kasacığı ağ tüklüdür. Tacı sarı rənglidir. Ləçəkləri 1,4-1,5 sm uzunluğunda, 4- enində olub, yumru qulaqcıqlıdır. Meyvəsi uzunsov və tüklüdür. İyul ayında çiçək açır. Toxumla çoxalır.

Ekologiyası Orta dağ qurşağının daşlı yamaclarında və əhəngli yerlərdə rast gəlinir. Dəniz səviyyəsindən 1000–1200 m hündürlükdə bitir. Quraqlıq sevəndir.

Azərbaycanda yayılması Naxçıvan MR-da Ordubad rayonu dağlarının ən yüksək alp çəmənliklərində, quru, daşlı yamaclarda, dar bir arealda yayılmışdır. Azərbaycanın nadir bitkisi olaraq, "Qırmızı kitab"a salınması tövsiyə edilir.

İstifadəsi Gövdəsində qatran vardır, yaşıllaşdırmada istifadə olunmur.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax