Benzilamin (α-aminotoluol) C6H5CH2NH2.

Fiziki xassələri Suda, spirtdə, efirdə, benzolda yaxşı həll olur. Anilinlə, fenolla, m-krezolla azeotrop qarışıq əmələ gətirir.

Kimyəvi xassələri Benzilamin güclü əsasdır (K 2,35×10-5). Xassələrinə görə alifatik aminlərə yaxındır. Onun N-alkiltörəmələri, məs. C6H5CH2NHR daha güclü əsasdır. Benzilamin benzolla (tərkib 1:3, ərimə t-ru 15,30C), p-krezolla (1:1, ərimə t-ru 60C) və qarışqa turşusu (1:1, ərimə t-ru 810C) ilə adduklar əmələ gətirir. Karbon və mineral turşuların məhlulları ilə duzlar əmələ gətirir, Məs., monohidroxlorid (ərimə t-ru 2600C), sulfat (ərimə t-ru 930C), pikrat (ərimə t-ru 1940C). Havadan CO2-ni udaraq bərk karbamat əmələ gətirir. Benzilaminnin sirkə turşusu ilə reaksiyasından N-asetilbenzilamin, HNO3 ilə nitrolaşmasından nitrobenzilaminlər (müvafiq olaraq 8, 49 və 43% orto-, meta- və para- izomerlərin qarışığı), katalitik hidrogenləşməsindən heksahidrobenzilamin C6H11CH2NH2 alınır. C6H5CH2NH2 + 2 RBr → C6H5CH2NR2 + 2 HBr C6H5CH2NR2 + H2 → C6H5CH3 + R2NH

Alınması Sənayedə benzilamini benzonitrilin (kat-Ni; 1100C; 2MPa) və ya benzaldehidin (kat-Reney nikeli; 1000C; 15MPa) NH3 iştirakında katalitik hidrogenləşməsindən, eləcə də benzilxloridin NH3-lə qarşılıqlı təsirindən alırlar.

Tətbiqi Benzilamin kation boyaların, dərman maddələrinin istehsalında aralıq məhsuludur.

Ədəbiyyat Химическая энциклопедия, Изд. “Советская энциклопедия”, М., 1988, т. 1, с. 494.

Kateqoriya:Aminlər Kateqoriya:Benzil birləşmələri