thumb|Çay hövzəsinin sxematik təsviri. Mavi xətlər su axınlarını, qəhvəyi nöqtəli xətt isə hövzənin sərhəddini (suayrıcı) göstərir. Çay hövzəsi — Müəyyən bir çaya yerin səthindən və yer altından su toplanan Ərazi. O. Osmanov. B. Abdullayev. İzahlı coğrafiya lüğəti. Bakı.1966. Çay hövzəsi bir-birindən suayrıcılar ilə ayrılır.

Çay hövzələri axarlı və axarsız hövzələrə bölünür. Bilavasitə çayı dənizə və ya okeana axıb gedən hövzəyə-axarlı hövzə, çay sisteminin Dünya okeanı ilə əlaqəsi olmayan hövzəyə isə axarsız hövzə deyilir. Axarsız hövzələr materiklərin daxili hissəsində hər tərəfi hündür çökək sahələrdə yerləşir.

Sutoplayıcı hövzə Sutoplayıcı hövzə, sutoplayıcı sahə — Müəyyən çaya, gölə və ya dənizə yerüstü və yeraltı suların axdığı ərazidir. Sutoplayıcı hövzə suayrıcılarda bir-birindən ayrılırO. Osmanov, B. Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı — 1979.

Həmçinin bax Çay şəbəkəsi Çay sistemi Çay (coğrafiya) Göl

İstinadlar

Xarici keçidlər Çaylar

Kateqoriya:Hövzələr Kateqoriya:Flüvial relyef formaları Kateqoriya:Geomorfologiya Kateqoriya:Hidrologiya Kateqoriya:Çaylar Kateqoriya:Su və ətraf mühit Kateqoriya:Coğrafi terminlər