Zeynəb Abdulla qızı Biişeva (, ; d. 15 yanvar 1908, Tuyömbət, Orenburq quberniyası, Rusiya imperiyası — ö. 24 avqust 1996, Ufa, Başqırdıstan, Rusiya) — Başqırdıstan xalq yazıçısı, nəsr yazıçısı, şairə, dramaturq, tərcüməçi.

Bioqrafiyası Zeynəb Biişeva 15 yanvar 1908 tarixində Rusiya İmperiyasının Oreburq quberniyasında yerləşən Tuyömbət kəndində anadan olmuşdur. Biişeva Orenburq Başqırd Pedaqoji Kollecini bitirmişdir. Təlimini bitirdikdən sonra, 1929-1931-ci illərdə Baymak rayonunun Teməs kəndində müəllim olaraq işləmişdir. Ufa Qabaqcıl Təlim Kurslarını (1931) bitirdikdən sonra, Başqırd Nəşriyyat Evinin "Pioner" jurnalının redaktoru (Şairin ilk əsəri olan "Şəlalələr arasında" 1930-cu ildə burada nəşr olunmuşdur) olmuşdur. 1941-ci ildə şairənin ilk kitabı olan "Partizan oğlan" nəşr olunmuşdur. 1946-cı ildə SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1953-cü ildə peşəkar yazıçı statusunu almışdır. 1993-cü ildə "Başqırdıstan xalq yazıçısı" adına layiq görülmüşdür. Zeynəb Biişeva əsərlərini müxtəlif janrlarda yazmışdır. Şairə uşaqlar və gənclər üçün "Dostluq" və "Dost olaq" kimi çoxlu əsərlər, onlarla şeir və nağıllar yazmışdır. Şairənin "Salavatın son monoloqu" poeması (1984) Başqırdıstan milli qəhrəmanı olan Salavat Yulayevə (1754—1800) həsr olunmuşdur. Şairənin dramatik əsərləri olan "Sehrli kuray" (1957), "Sirli üzük" (1959), "Gülbədər" (1961), "Əhd-peyman" (1966) və "Zülhiza" (1981) yalnız Başqırdıstan Dövlət Akademik Teatrında deyil, həmçinin Respublikadan kənar teatrlarda da ifa edilmişdir. Zeynəb Biişeva povest və hekayə janrlarında səmərəli olaraq işləmişdir. Ən məşhur əsərləri arasında "Qanxılıy" (1949), "Qəribə adam" (1960), "Hardasan, Gülnisə?" (1962), "Fikir, düşüncə" (1963), "Məhəbbət və nifrət" (1964) var. Şairə əsərlərdə fərdi və cəmiyyət arasındakı əlaqələrin fəlsəfi problemləri haqda danışır, başqırd qadınlarının açıq şəkildə görünüşlərini yaradır. Zeynəb Biişevanın ən əhəmiyyətli əsəri "İşığa" trilogiyasıdır. Bu trilogiya "Alçaldılanlar" (1956—1959), "Emeş" (1967—1969), "Böyük İkada" (1965—1967) romanlarını ehtiva edir. Zeynəb Biişeva Rusiya Federasiyası və SSRİ yazıçılar qurultayının nümayəndəsi olan Başqırdıstan Respublikası Yazıçılar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir. 1968-ci ildə Salavat Yulayev adına Dövlət Respublika Mükafatına layiq görülmüşdür. Zeynəb Abdulla qızı Biişeva 24 avqust 1996 tarixində, 88 yaşında Ufa şəhərində vəfat etmişdir. Vəfat etdikdən sonra Ufadakı bir müsəlman qəbiristanlığında dəfn edilmişdir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Başqırd dramaturqları antopoloqiyası Qəynullin М. F., Höseyenov Q. B. Başqırdıstanın Sovet Yazıçıları. Biblioqrafiya Başqırd torpaqlarının yazıçıları / Məlumat kitabçası (Yazıçılar: R. N. Baymor, Q. N. Qareyeva, R. H. Timerqalina). Yenidən işlənmiş II nəşr. — Ufa: Kitab, 2015. — səh. 496

Xarici keçidlər Zeynəb Biişeva tərcümeyi-halı, biblioqrafiya, işlərin siyahısı Bellendir S. — O, heç vaxt öz ruhunu sarsıtmadı Biişeva L. — Xalqı ilə birlikdə Burakayeva Z. — Yaradıcılıq istirahət vermir... (Zeynəb Biişevanın yazıları) Kilməhəmmədov T. — İstedad. İş. Müdriklik Nikolenko İ. — Hətta generallar onu salamladılar Uzikob Y. — Zeynəb Biişeva kim idi?

Kateqoriya:Başqırdıstan şairləri Kateqoriya:Rusiya şairləri Kateqoriya:Başqırdıstan dramaturqları Kateqoriya:Rusiya dramaturqları Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:XX əsr Rusiya yazıçıları Kateqoriya:Ufa müsəlman qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Dramlar Kateqoriya:Başqırd dramaturqlar Kateqoriya:Başqırd şairlər Kateqoriya:Başqırd yazıçılar Kateqoriya:Başqırdıstan şəxsləri