Şaken Aymanov (Tam adı: Şaken Kenjetayeviç Aymanov (); ) — Qazaxıstan-sovet aktyoru, teatr və kino rejissoruAYMANOV Şaken Kenjetayeviç . ensiklopediya.gov.az . SSRİ xalq artisti (1959). Qazaxıstan kinosunun atası hesab edilirdiKazakh festival awards Iranian films. presstv.irFaces of history: Shaken Aimanov. caspionet.kz.
Həyatı və fəaliyyəti 15 fevral 1914-cu ildə Pavlodar vilayətinin Bayanaul kəndində anadan olmuşdur. Ailəsi kəndli maldar idi.
Şakenin əsl adı Şahkərimdir ().
1928-ci ildə orta məktəbi bitirmişdirЖолдасбекұлы М., Салғараұлы Қ., Сейдімбек А. Айманов Шәкен // Елтұтқа. Ел тарихының әйгілі тұлғалары. — Астана: KÜL TEGIN, 2001. — С. 335-336. — 358 с. — ISBN 9965-441-26-X.. 1931-1933-cü illərdə Semipalatinsk şəhərində yerləşən Qazaxıstan Pedaqoji Texnikumunda təhsil almışdır.
1933-cü ildən Qazaxıstan Dram Teatrında aktyor, rejissor, 1947-1951-ci illərdə baş rejissor işləmişdir.
1940-cı ildən kino sahəsində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. Uzun müddət "Qazaxfilm" kinostudiyasının bədii rəhbəri olmuşdur.
1940-cı ildən Sov.İKP-nın üzvü idi.
Qazaxıstan SSR Ali Sovetinin 4 və 7-ci çağırışlarında deputat seçilmişdir.
O, 1963-cü ildə keçirilən III Moskva Beynəlxalq Film Festivalında münsiflər heyətinin üzvü olmuşdur.
23 dekabr 1970-ci ildə Moskva şəhərində vəfat etmişdir. Almatı şəhərindəki Mərkəzi qəbiristanlıqda dəfn edilmişdir.
Mükafatları Şaken Aymanov SSRİ-nin və Qazaxıstan SSR-nin bir sıra dövlət mükafatları ilə təltif edilmişdir. Onlardan bəziləri bunlardır: "Əmək igidliyinə görə" medalı (1940); "Qırmızı əmək bayrağı" ordeni (1946); Qazaxıstan SSR xalq artisti (1947)Архивная служба Павлодарской области :: Календарь памятных дат; SSRİ Dövlət mükafatı laureatı (1952); Üçüncü dərəcəli Stalin mükafatı (1952); SSRİ xalq artisti (1959); Lenin ordeni (1967); 2 dəfə "Şərəf nişanı" ordeni; "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı.
Tamaşalardakı rolları M. Auezovun “Koblandı” tamaşasında "Koblandı"; M. Qorkinin “Həyatın dibində” tamaşasında "Satin"; A. N. Ostrovskinin “Tufan” tamaşasında "Tixon"; U. Şekspirin “Şıltaq qızın yumşalması” tamaşasında "Petruççio".
Filmoqrafiya
“Abayın mahnısı” (1946), “Cambul” (1953) və başqa filmlərə cəkilmişdir.
“Məhəbbət poeması” (1954), “Çöllər qızı” (1955), “Biz burada yaşayırıq” (1957), “Atamanın aqibəti” (1970) və digər filmlərin rejissorudur.
Xatirəsi 1974-cü ildə çəkilmiş "Şəkər Aymanov" sənədli filmi Şaken Aymanovun yaradıcılığına həsr olunmuşdur.
“Qazaxfilm” kinostudiyası 1984-cü ildən Şaken Aymanovun adını daşıyır. "Qazaxıfilm" kinostudiyasının ərazisində onun mərmər büstü qoyulub. Film studiyasında Aymanovun muzey kabineti yaradılıb.
Alma-Ata şəhərində Şaken Aymanov adına küçə var.
Yaşadığı evə onun xatirə lövhəsi vurulmuşdur.
Pavlodarda onun adına kinostudiya var.
Alma-Ata şəhərində 2003-cü ildən 2014-cü ilədək illik "Şaken ulduzları" () adlı animasiya filmləri festivalı keçirilmişdir.
Şaken Aymanovun 100 illik yubileyi münasibətilə üzərində 2014-cü il yazılmış poçt markası miniatürminiature sheet of 1 filateliya məhsulu kimi 12 yanvar 2015-ci ildə Qazaxıstan poçtu tərəfindən dövriyyəyə buraxılmışdır.
Ailəsi Qardaşı — Kauken Kenjetayev (1916—2008), müğənni, Kazak Opera və Balet Teatrının direktoru, Qazaxıstan SSR-nin xalq artisti (1959);
Oğlu — Murat Aymanov (1939—1993);
Qızı — Mayra Aymanov (1938—1993), opera müğənnisi, Asanali Aşimovun həyat yoldaşı idi.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Qazaxıstan aktyorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:"Şərəf nişanı" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ xalq artistləri Kateqoriya:Qazaxıstan SSR xalq artistləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyasının üzvləri Kateqoriya:Moskvada vəfat edənlər Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:SSRİ ssenaristləri Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:"Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı ilə təltif edilənlər Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:SSRİ teatr rejissorları Kateqoriya:"1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XX əsrin ssenaristləri Kateqoriya:SSRİ kinorejissorları Kateqoriya:XX əsr teatr rejissorları