Arqayaş (, ) — Rusiya Federasiyasının Çelyabinsk vilayətində kənd. Arqayaş rayonunun inzibati mərkəzi.
Tarixi Arqayaş kəndi 1896-cı ildə Çelyabinsk-Yekaterinburq dəmir yolunun tikintisi ilə əlaqədar olaraq yaradılmışdır.
17 yanvar 1934-cü ildə Ümumittifaq MİK Rəyasət Heyətinin qərarı ilə Çelyabinsk vilayətinin tərkibində yaradılmış Arqayaş milli mahalının mərkəzi olmuşdurARQAYAŞ MİLLİ MAHALI . ensiklopediya.gov.az . Həmin milli mahal Ümumittifaq MİK Rəyasət Heyətinin 17 noyabr 1934-cü il tarixli qərarına əsasən ləğv edilmişdir.
Əhalisi Əhalisi əsasən başqırdlardan ibarətdir. İl Əhalinin sayı 1926 1.403 1939 4.870 1959 7.373 1970 8.683 1979 9.601 1989 10.526 2002 10.170 2010 10.061
Mədəniyyət Kənddə Arqayaş başqırd xalq teatrı fəaliyyət göstərir.
Həmçinin bax Arqayaş milli mahalı
İstinadlar
Xarici keçidlər Сайт Аргаяшского Сельского поселения Официальный сайт Аргаяшского муниципального района Аргаяш // Башкирская энциклопедия. — Уфа: ГАУН «Башкирская энциклопедия», 2013. — ISBN 978-5-88185-306-8.
Kateqoriya:1896-cı ildə yarananlar Kateqoriya:Çelyabinsk vilayəti