Təbii yayılması: Avropa, Balkan yarımadası, Kiçik Asiyada, həmçinin Şimali Afrikada təbii halda bitir.
Botaniki təsviri: Hündürlüyü 30-40 m-ə çatan düzgövdəli, geniş çətirli, aşağı budaqları sallanan ağacdır. Gövdəsinin qabığı açıq-yaşıl, iri lövhələr şəklində qopur. Yarpaqların uzunluğu 18-20 sm, eni 15-18 sm-ə qədər olub, beşdilimlidir. Dilimləri enli üçbucaqşəkilli, 1-3 qısa, iti dişli və ya tamkənarlıdır. Saplaqların uzunluğu 3-10 sm-ə çatır. Meyvələri diametri 3 sm-ə qədər olan, meyvə saplağında cüt-cüt yerləşmiş, qılçıqlı başcıqlardır. Toxumları tüklə örtülü, lakin təpə hissəsi konusşəkilli, çılpaqdır. Aprel - may aylarında çiçəkləyir, meyvəsi oktyabr-noyabr aylarında yetişir.
Ekologiyası: Rütubətsevən, işığa həssas bitkidir.
Azərbaycanda yayılması: Bakı, Gəncə və başqa yerlərdə bağ və parklarda rast gəlinir.
İstifadəsi: Alleyaların salınmasında, geniş ərazilərin və bağların yaşıllaşdırılmasında, qrup halında və tək-tək əkinlərdə tətbiq edilə bilər.
İstinadlar
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. T.S.Məmmədov
Məlumat mənbələri Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. "Azərbaycanın Nadir Ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh. İstinad Флoрa Aзeрбaйджaнa. т.5. 1954; Флoрa Kaвkaзa. т.5. 1954; Azərbaycanın ağac və kolları. I cild. 1961; Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008; Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh
Kateqoriya:Çinar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1789-cu ildə təsvir edilən bitkilər Kateqoriya:Avropa florası Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Bitki hibridləri