Tor: Raqnarok () — 2017-ci ildə Marvel Comics personajı olan Tor haqqında Marvel Studiosun prodüserliyi və Walt Disney Studios Motion Picturesin distribütorluğu ilə çəkilmiş ABŞ superqəhrəman filmi. "Raqnarok", 2011-ci ildə çıxarılmış "Tor" və 2013-cü ildə çıxarılmış "Tor 2: Zülmət aləmi" filmlərinin sikveli olmaqla, Marvel Kinematoqrafiya Kainatına (MKK) daxil olan on yeddinci filmdir. Erik Pirson, Kreyq Kayli və Kristofer Yost tərəfindən yazılmış ssenari əsasında Taika Vaititinin rejissorluğu ilə çəkilmiş filmdə Kris Hemsvort, Tom Hidlston, Keyt Blanşett, İdris Elba, Ceff Qoldblum, Tessa Tompson, Karl Urban, Mark Ruffalo və Entoni Hopkins rol almışlar. Filmdə, Tor Sakaar planetindən qaçmalı və Asqardı Heladan və Raqnarökdən xilas etməlidir.

Üçüncü Tor filminin çəkiləcəyi 2014-cü ilin yanvarında elan edilmiş, Kayli və Yostun ssenari üzərində işlədiyi bildirilmişdir. Oktyabrda Hemsvort və Hidlstonun layihədə iştirakı təsdiqlənmişdir. "Tor 2: Zülmət aləmi" filminin rejissoru Alan Teylorun layihədən imtina etməsindən sonra, Taika Vaititi filmin rejissor kürsüsünə dəvət edilmişdir. Ruffalonun əvvəlki MKK filmlərində canlandırdığı Halk roluna qayıtması ilə 2006-cı ildə çıxarılmış "Halk Planeti" hekayə xəttinin bəzi elementlərini də Raqnarok mövzusuna birləşdirmək mümkün olmuşdur. Hela rolunu canlandıran Blanşett və digər aktyor heyəti 2016-cı ilin mayında, Pirsonun ssenari ilə işləməyə başlaması isə iyulda elan edilmişdir. Filmin çəkilişləri Avstraliyanın Brisben və Sidney şəhərlərində, həmçinin Village Roadshow Studiosda aparılmış və 2016-cı ilin oktyabrında tamamlanmışdır.

"Tor: Raqnarok"un premyerası 10 oktyabr 2017-ci ildə Los-Ancelesdə keçirilmiş, ABŞ-də 3 noyabr 2017-ci ildə 3D, IMAX və və IMAX 3D formatlarında çıxarılmışdır. Film, tənqidçilər tərəfindən əsasən müsbət qiymətləndirilmiş, Tor trilogiyasının ən yaxşı filmi olması vurğulanmış, Vaititinin rejissorluğu, aktyor heyətinin işi, yumor və musiqisi yüksək qiymətləndirilmişdir.

Məzmunu

Sokoviya döyüşündən iki il sonra Tor Sonsuzluq daşlarının uğursuz axtarışını davam etdirərkən od demonu Surtur tərəfindən Muspelheymdə əsir edilir. Surtur bildirir ki, Torun atası Odin çoxdan Asqardı tərk edib və buna görə də peyğəmbərlikdə deyilən Raqnarökün baş verməsinə az qalıb və Surtur tacını Odinin xəzinəsində saxlanan əbədi alovla birləşdirən kimi bu hadisə baş verəcək. Tor Surturu məğlub edərək tacını əlindən alır, beləliklə də Raqnaröka mane olduğunu düşünür.

Asqarda qayıdan Tor qardaşı Lokinin özünü Odin kimi təqdim etdiyini aşkara çıxarır. Tor Lokini Odinin tapılmasında ona kömək etməyə məcbur edir, Yerdə Doktor Strencin köməkliyi ilə onlar Odinin Norveçdə olduğunu müəyyənləşdirirlər. Odin danışır ki, ömrünün sonuna az qalıb və onun ölümündən sonra ilk övladı olan və çoxdan həbsdə saxlanan Hela saxlandığı yerdən çıxmaq imkanı qazanacaq. Hela Asqard ordusuna rəhbərlik edərək doqquz aləmin fəth edilməsində Odinə kömək etmiş, lakin, sonradan Odin Helanın böyük ambisiyalarından qorxaraq onu həbsə atmışdır. Bundan sonra Odin ölür və hənsdən azad olmuş Hela peyda olur. Hela Torun çəkici Myolneri məhv edir, qardaşlar Bifröst körpüsü vasitəsilə Asqarda qayıtmağa çalışarkən Hela onları izləyir və ölmələri üçün ikisini də körpüdən açıq kosmosa atır. Asqarda gələn Hela onun ordusu və Üç Döyüşçüsünü məhv edir; əvvəllər onunla birlikdə döyüşmüş ölüləri, o cümlədən, nəhən canavarı Fenrisi dirildir; Asqardalı Skurqu öz cəlladı təyin edir. O, Bifröst körpüsünü Asqard imperiyasının genişləndirilməsi üçün istifadə etməyi planlaşdırır, lakin Heymdall körpünü idarə edən qılıncı gizlincə oğurlayır və Asqarda sakinləri ilə birlikdə gizlədir.

Tor, qaçqınlar və cinayətkarların məskunlaşdığı zibil planeti Sakaara düşür. Burada o, "Skrapper 142" adlı baş ovçusu tərəfindən tutularaq planetin hökmdarı Qrandmasterin təşkil etdiyi qladiator döyüşlərinə gətirilir. Burada o, Lokinin artıq Qrandmasterlə yaxınlaşdığını öyrənir. Tor öyrənir ki, "Skrapper 142" qədim zamanlarda Asqardı Heladan qoruyarkən qəhrəmancasına ölmüş əfsanəvi qadın döyüşçülər qvardiyası Valkiriyaların sağ qalmış son döyüşçüsüdür. Tor Qrandmasterin təşkil etdiyi Çempionlar yarışmasında iştiraka məcbur olur və köhnə dostu Halkla qarşılaşır. Tor demək olar ki, Halka qalib gəlir, lakin, Qrandmaster döyüşü pozaraq Halkın qalib gəlməsini təmin edir. Tor Halk və 142-ni Asqardın xilas edilməsində ona kömək etməyə razı salmaq istəyir. Tezliklə Tor həbsdə saxlanıldığı saraydan qaça bilir və Halkın sürdüyü Quinjeti tapır. Halk Torun ardınca təyyarəyə gəlir və burada Nataşa Romanovanın video yazısı onu Sokoviya hadisələrindən sonra ilk dəfə Brüs Bennerə çevrilməyə məcbur edir.

Qrandmaster Loki və 142-yə Tor və Halkı tapmağı tapşırır, Loki isə 142-yə yoldaşlarının Helanın əlindən ölməsini göstərərək həmin ağrıları bir daha yaşadır. Tora kömək etməyə qərar verən 142 Lokini əsir götürür ki, məqsədini izah edə bildin. Loki, dəstəyə Qrandmasterin gəmilərindən birini qaçırmaq imkanı verir. Daha sonra onlar digər qladiatorları da azad edirlər və Korqla Mikin rəhbərliyi altında qladiatorlar Qrandmasterə qarşı üsyan edirlər. Loki qardaşını sataraq Qrandmasterdən mükafat almaq istəsə də, Tor onun tələsinə düşməyərək planı pozur, əlləri bağlanmış Lokini qısa zamanda Korq və Mik tapır. Tor, Benner və 142 portal vasitəsilə Hela və onun ölülər ordusunun Heymdal və sakinlərə hücum etdiyi Asqarda çatır. Fenrislə döyüşən Benner yenidən Halka çevrilir, Tor və 142 isə Skurq və ölülər ordusu ilə mübarizə aparır. Loki və qladiatorlar kömək üçün Asqarda gəlirlər. Sakinlər Lokinin böyük gəmisinə minməyə başlayırlar. Hela ilə döyüşən Tor bir gözünü itirir və bu zaman Odini görür. Odin Tora başa salır ki, Raqnarök Helanın qarşısını ala bilər. Helanın başı qarışıq olduğu müddətdə Loki Serturun tacını tapır və əbədi odla birləşdirir. Surtur yenidən doğulur, Asqardı və Helanı məhv edir.

Tor və digərləri asqarlılarla birlikdə Qrandmasterin gəmisində qaçaraq xilas olurlar. Hökmdar olan Tor xalqını Yerə gətirməyə qərar verir. Titrlər arası kadrlarda onların gəmisi böyük bir gəmi ilə qarşılaşır. Qrandmaster üsyançılar tərəfindən ələ keçirilir.

Rollarda 400px|thumb|right|Filmin əsas yaradıcı heyəti 2017 Beynəlxal Komik-Kon zamanı San Diyeqo Konvensiya Mərkəzində: soldan sağa; Kevin Fayqi, Taika Vaytiti, Kris Hemsvort, Tom Hidlston, Mark Ruffalo, Keyt Blanşett, Ceff Qoldblum, Tessa Tompson və Karl Urban. Kris Hemsvort – Tor: Skandinav mifologiyasına əsasən Asqardın vəliəhd şahzadəsi Sonsuzluq daşlarını axtaran "tənha silahlı" Tordur. Toru daha əvvəl dörd filmdə canlandırmış Hemsvort personajdan "bir qədər yorulmuşdu" və buna görə də riskə gedərək təcrübə etmək istəyirdi: filmdə personajın saçları qısa, geyimi fərqlidir, o döyüş baltası Myölneri və bir gözünü itirir. Taika Vaytiti qeyd edir ki, personajın "təmizlənməsi" filmin sonunda onun qaçqına çevrilməsinə də imkan verir. "Tətil" (2015) və "Ruh ovçuları" (2016) filmlərindəki kimi Vaytiti də Hemsvortun komedik istedadını daha çox istifadə etmək istəyirdi və onun personajı üzərində işləyərkən Kurt Rasselin "Kiçik Çində böyük problem" filmində yaratdığı Cek Börton personajından ilhamlanmışdır. Tom Hidlston – Loki: Torun ögey qardaşıdır. Hidlston Lokinin ətrafa münasibətinin necə dəyişməsi ilə maraqlanaraq qeyd edir ki, "o həmişə hiyləgərdir." Buna görə də o, nankorluq etmək üçün yeni yollar axtarır. "Tor 2: Zülmət aləmi" filminin sonundan etibarən Asqardı idarə edən Loki rolunu canlandıran Hidlston qeyd edir ki, Loki "vaxtının böyük hissəsini özünü tanıtmağa sərf edir, hakimiyyəti möhkəmləndirmək üçün bir iş görmür."'' O, həm də əlavə edir ki, Torun onunla maraqlanmayacağı fikri Lokini narahat edir…"Qardaşım məni sevmir, ona nifrət edirəm". Keyt Blanşett – Hela: Odinin ilk övladı və ölüm ilahəsidir, skandinav mifologiyasındakı İlahə Hel obrazına əsaslanır. Ssenari müaəllifi Erik Pirson Helanın Torun bacısı olması ideyasını heç kimə açıqlamamış, hətta, icraçı prodüser Bred Uinderbaum üçün hazırlanmış qaralama versiyada da bu ideya yer almamışdır. Lokidən fərqli olaraq Helanın Torun qohumu kimi göstərilməsi, mifologiya və komikslərdə olduğu kimi onların son qarşıdurmasına ciddi təsir göstərmişdir. Bu dəyişikliyi edən Pirson hiss edir ki, Hela "nə deyilməsində asılı olmayaraq Asqardı idarə etməli olan bir personaja çevrildi". Keyt Blanşett qeyd edir ki, hərəkət tutulması kostyumunda rol oynamaq adi kostyumda oynamaqdan daha çətindir, "çünki xüsusilə gücün gəldiyi zamanda böyük rol oynayan baş geyimini hiss etmirsən." Hela personajının dizaynı Ceyson Aaronun "Thor: God of Thunder" adlı komiksindən götürülmüşdür. Həmin komiksdəki Qorr adlı personajın sonsuz sayda silahlar törətmək bacarığı isə Helanın həmin bacarığının yaradılmasına ilhamlandırmışdır. Blanşet kaskadyor Zoi Bell, Hemsvortun şəxsi məşqçisi Lyuk Zoççi lə birlikdə çalışmış və kapoeyra öyrənmişdir. İdris Elba – Heymdall: Hər şeyi görən və eşidən, Bifröst körpüsündə Asqardın keşiyini çəkən Heymdal personajı eyniadlı tanrı personajı əsasında yaradılmışdır. Lokinin hakimiyyəti zamanı o, özünü qurban verir. Helanın Asqardı ələ keçirməsindən sonra o, köməksiz əhaliyə gizlənməyə kömək edir. Heymdalın personaj tağını təsvir edən Uinderbaum qeyd edir ki, "o, mürəkkəb dövlət işlərindən uzaqlaşaraq dağlara çəkilmiş, əsl qəhrəman kimi film boyu bu dağlarda zalımları cəzalandıraraq mübarizə aparır." Ceff Qoldblum – Qrandmaster: Sakaar planetini idarə edən Kainatın böyüklərindən biridir. Kiçik canlıları ələ salmaqla əylənərək vaxt keçirir. Qoldblum personajı "hedonist, həzz axtarıcısı, dadlardan və qoxulardan həzz alan biri" kimi təsvir edir. O, həm də bildirir ki, özünəməxsus obraz yaratması üçün Vaytiti aktyora improvizasiya imkanı vermişdir. Komikslərdən fərqli olaraq filmdə Qrandmaster mavi dərili deyil; Vaytiti bunu izah edərək deyir ki, Qoldblum artıq 1988-ci ildə çıxarılmış "Yer qızları rahat əlçatandır" filmində mavi dərili personajı canlandırmışdır buna görə də rejissor təkrara yol vermək və aktyoru qrim altında gizlətmək istəməmişdir. Qrandmaster "Qalaktika keşikçiləri" filmində təqdim edilmiş və Benisio del Toro tərəfindən canlandırılmış Kolleksiyaçının doğma qardaşıdır. Prodüser Kevin Fayqi gələcək filmlərdən birində iki qardaşı bir yerdə görməyin maraqlı ola biləcəyini qeyd etmişdir. Tessa Tompson – Valkiriya: Sərt, çox içən asqardlı baş ovçusudur; skandinav mifologiyasında bir zamanlar Valkiriya olmuş Brunhilda adlı personaja əsasən yaradılmışdır; Sakaarda "Skrapper 142" adı ilə yaşayaraq Qrandmasterə xidmət edir. Tompson qeyd edir ki, komikslərdə personajn müxtəlif versiyalarının təsvir edilməsi "film versiyasınnın yaradılması zamanı bizə hərəkət azadlığı verirdi." Vaytiti əmin olmaq istəyirdi ki, biz darıxdırıcı və gözəl qadın personajı yaratmırıq, Fayqi isə bildirmişdi ki, Marvel Tor üçün Ceyn Fosterdən daha layiqli sevgi marağı tapmaq istəyir. Kreyq Kayli və Kristofer Yostun film üçün hazırladığı ilkin qaralama ssenarisində Tor və Valkiriya arasında daha romantik münasibət nəzərdə tutulmuşdu. Pirson film üzərində işləməyə başladıqda bu süjet xəttindən uzaqlaşaraq personajlar arasında qarşılıqlı hörmət münasibətinə üstünlük vermişdir. "O, kədərini içki butulkaları ilə boğmağa çalışır və mən fikirləşdim ki, bu komiks filmlərində tez-tez görmədiyimiz bir haldır" deyə Pirson qeyd edir. Tompson rola hazırlaşarkən Linda Hemilton tərəfindən "Terminator 2: Axirət günü" filmində yaradılmış Sara Konnor personajından ilhamlanmış, qəhrəmanın uzun müddət Asqardda olmadığını göstərmək üçün Asqard ləhcəsindən fərqlənən ləhcənin yaradılması üçün Endryu Cek adlı ləhcə mütəxəssisi ilə çalışmışdır. Tompsonun gələcək MKK filmlərində də Valkiriya rolunu canlandıracaq. Karl Urban – Skruc: