Riçard Eppel (; 21 may 1963, Nyu-York, ABŞ) — ABŞ ssenaristi, prodüseri və keçmiş müvəkkili. 2012-ci ildən bəri "Qriffinlər" teleserialının icraçı prodüseri və köməkçi şou-ranneridir. Eppel ali təhsilini Harvard Universitetində almışdır. 1985-ci ildə məzun olduqdan sonra hüquqşunas olan Eppel, 1994-cü ildə "Simpsonlar" teleserialına ssenarist olaraq işə alınmasından sonra, yazıçılıq karyerasına rəsmi olaraq başlamışdır. Eppel "Simpsonlar" üçün 7 seriyanın ssenarisini yazmışdır. Eppel "A.U.S.A" adlı bir animasiya sitkomunu yaratmazdan əvvəl, "Təpənin kralı"nda icraçı prodüsər olaraq işləmişdir. Eppel Set Makfarleyn və Mayk Henri ilə birlikdə "Klivlend Şou" adlı bir animasiya sitkomunu yaratmışdır. Bundan əvvəl "Berni Mek şou", "Qriffinlər" və "Amerikan ata!" seriallarında işləmişdir.

Həmçinin bax Set Makfarleyn

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Nyu-Yorkda doğulanlar Kateqoriya:ABŞ yazıçıları Kateqoriya:ABŞ prodüserləri Kateqoriya:ABŞ hüquqşünasları Kateqoriya:Harvard Universitetinin məzunları Kateqoriya:Yaşayan insanlar Kateqoriya:Nyu-York şəxsləri