Blua () — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi.
Əhalisi Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir.
Tarixi Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Memarlığı Təpə üzərində müxtəlif dövrlərə aid tikililərdən [dairəvi bürc (Tur-de-Fua, 1440–50); Baş ştatlar zalı (13-cü əsrin əvvəlləri); Orleanlı Karl qanadı (1440–50); son neoqotik üslubda XII Lüdovik qanadı (1495–1508); renessans üslubunda I Fransisk qanadı (1515–24, memarlar J. Surdo və Domeniko da Kortona); klassisizm üslubunda 3 mərtəbəli Orleanlı Qaston korpusu (1635–38, memar F. Mansar)] ibarət kom pleks olan qəsr (9-cu əsrdən məlumdur) yerləşir. 10–17-ci əsrlərə aid kilsələr, Yepiskop sarayı (18-ci əsrin əvvəli, indi Ratuşa), Luara üzərində körpü (hər ikisinin memarı J.A. Qabriel), 16–18-ci əsrlərə aid çoxsaylı mülklər var. Luara qəsrləri tərkibində Blua Ümumdünya irsi siyahısına daxil edilmişdir.
Sənayesi Kənd təsərürfatı rayonunun (dənli bitkilər,üzümçülük, tərəvəzçilik) mərkəzidir. Elektrotexnika, gön-dəri sənayesi, maşınqayırma müəssisələri var; şokolad istehsal olunur. Turizm inkişaf etmişdir.
Qalereya
Həmçinin bax Bulon-Sür-Mer Burk-an-Bres
İstinadlar
Xarici keçidlər Şəhərin rəsmi internet səhifəsi
Kateqoriya:Fransa şəhərləri Kateqoriya:Blua Kateqoriya:Fransa prefekturaları