Harold Blum () () — amerikalı ədəbiyyatşünas.

Fəaliyyəti Kornell Universitetini bitirmişdir (1951). Yel Universitetində dərs demişdir (1955-ci ildən). Nəzəri görüşləri freydizm və strukturalizmin təsirilə formalaşmışdır. Blumun erkən yaradıcılığında romantizm poeziyasına dair əsərləri və mədəni irs problemlərinə həsr olunmuş tetralogiyası əsas yer tutur; burada o, dahinin ("güclü şair") ədəbi sələfinə ("mənəvi ata") qarşı mübarizəsini şərh edir: "Təsirin qorxusu" (1973), "Yanlış oxu xəritəsi" (1975), "Kabbala və tənqid" (1975), "Poeziya və repressiya" (1976). Nüfuzlu yazıçı və onun xüsusi təsir qüvvəsi kimi estetik prioritetləri formalaşdıran mətnləri yaradıcılığının yetkin dövrünün daimi mövzusudur. Uilyam Şekspiri "Qərb mədəniyyəti kanonunun" əsası hesab edən Blum, postmodernizmin ənənəvi ədəbi dəyərləri dekonstruksiyalaşdırmaq cəhdinə qarşı çıxır ("Qərb kanonu: kitablar və epoxalar məktəbi", 1995; "Şekspir: insanlığın kəşfi", 1998). "Müqəddəs həqiqətlərin süqutu: Bibliyadan bugünədək poeziya və inam" (1989) və "Amerika dini: postxristian millətinin yaranması" (1992) kitablarının müəllifidir.

Həmçinin bax Kornell Universiteti

İstinadlar

Xarici keçidlər Rəsmi internet səhifəsi Kateqoriya:XX əsr ABŞ yazıçıları Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:Nyu-York Universitetinin müəllimləri Kateqoriya:Yel Universitetinin müəllimləri Kateqoriya:ABŞ tarixçiləri